Qənirə Paşayeva Tahir Əkbərin sağlıq durumundan yazdı: “VƏZİYYƏTİ…”

Bu gün böyük bəstəkarlarımızdan Tahir Əkbəri 1 saylı Klinik Tibbi Mərkəzdə dəyərli sənətçimiz və əziz dost Aybəniz xanımla birlikdə ziyarət etdik. Hər zaman ailənin yanında olan dəyərli Aybəniz xanıma təşəkkür edirəm ki, onları heç zaman yalnız buraxmır.

aybeniz-tahir

Aybəniz xanım və Tahir müəllimin əziz həyat yoldaşının da iştirakl ilə xəstəxananın baş həkimi Ədalət müəllim və həkimllərlə geniş söhbətimiz və müzakirələrimiz oldu. Təssüf ki, işemik insult Tahir müəllimin sol beyinciyinin böyük bir hissəsinə ciddi zərər vurub. Nəzərə alsaq ki bu onun keçirdiyi 3-cü insultdu və bundan başqa beyində 2-dəfə də ciddi proseslər baş verib, vəziyyət ağır olaraq qalır. Amma həkimlər əllərindən gələni edirlər ki,  Tahr müəllim yaşasın və sağalsın.

Baş həkim Ədalət müəllim bildirdi ki, Tahir müəllim dəyərli bəstəkarlarımızdandır, ziyalımızdır və hamımız onun yaşaması və sağalması üçün əlimizdən gələni edəcəyik, bütün tibbi imkanlardan istifadə olunacaq. Həkimlərlə də geniş müzakirələr oldu və onlar da belə vəziyyətdə zamana böyük ehtiyac var dedilər.

Əvvəlcə xəstənin vəziyyətini stabilləşdirib saxlamaq və müalicənin davamlılığını təmin etməklə əlimizdən gələn dəstəyi edəcəyik dedilər. Çünki Tahir müəllim qan təzyiqi və şəkər xəstəliyindən də əziyyət çəkir.

Aybəniz xanım dedi ki, dünən səhər xəstəxanaya gətirilənlə müqayisədə Tahir müəllimin vəziyyəti daha yaxşıdır. Çünki dünən səhər onu tanımayıb. Amma bu gün Aybəniz xanımı da məni də tanıdı. Tahir müəllimin və ailəsinin yanıda olan əziz ailəsinə, Aybəniz xanıma, xəstəxananın həkimlərinə və baş həkim Ədalət müəllimə, özəlliklıə ziyalılarımıza hər zaman dəstək olan dəyərli Mehriban xanıma təşəkkür edirəm. Tahir müəllimin müalicəsi birbaşa hörmətli Mehriban xanımın diqqətindədir.

Tahir müəllim Azərbaycan musiqi mədəniyyətinə çoxlu gözəl və xalqımız tərəfindən çox sevilən əsərlər bəxş edib. Çox sayda tanınmış sənətkarlarımız oxuyub onun əsərlərini və onlar hər zaman seviləcək.

Bu gün onu xəstə görməkdən çox təsirləndim, üzüldüm. Dualarınızı gözəl bəstəkarımızdan əksik etməyin. İnanırıq ki dövlətimiz, dəyərli mütəxəssislərimiz Tahir müəllimin sağalması üçün bundan sonra da gərəkli bütün addımları atacaq və o sağalaraq xalqımız üçün gözəl əsərlər yaratmaqda davam edəcək.

Allah yardımçısı olsun və onu tezliklə yenə də gözəl əsərlərini təqdim edən görək. 

Qənirə PAŞAYEVA,

Millət vəkili

Etikxeber.az

 

Read Previous

Atatürk Olimpiya Stadionu 2020-ci ildə Çempionlar Liqasının final oyununu keçirməyə namizəddir…

Read Next

Eldar Mahmudovun əmisi oğlu-köməkçisi həbs olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir