Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Tovuza güclü dolu yağması nəticəsində insanlarımızın evlərinə,əkin sahələrinə ziyan dəyməsinə çox üzüldük. Sakinlərimiz deyir ki bu günə qədər bu böyüklükdə dolu görməmişdik. Dolunun yağması tez kəsməsəydi evlər də, əkin sahələri də daha da ağır zərər görəcəkdi. Tovuzun Cəlilli, Mülkülü, Əlimərdanlı, Xatınlı, Qaraxanlı, Qədirli və Cilovdarlı kəndlərinə yağan dolu nəticəsində insnlarımızın bir çoxunun evinin damı yararsız vəziyyətə düşüb”.
Etikxeber.az-ın xəbərinə görə, bunu Tovuzdan millət vəkili olan Qənirə Paşayeva deyib.
Onun sözlərinə görə, bir az əvvəl isə Əlimərdanlı sakinləri ilə danışılıb, deyiblər bir çox insanın evinin damını dolu elə vəziyyətə salıb ki, yağış yağsa hamısı içəri töküləcək.
O, deyib ki, əkin sahələrində də xeyli ziyan dəyib.
“Bir az əvvəl rayonumuzun icra başçısı ilə də danışdıq. Komissiya artıq dəyən zərərin həcmini araşdırmağa başlayır. Kənd sakinlərimiz dövlətimizin evlərin dağılan dam örtüyünün düzəlməsi üçün şiferlerin verilməsini və dəstək istəyirlər. İnşallah sabah müvafiq dövlət qurumları, onların rəhbərlərinə müraciət edəcəm və həmin kəndləri təmsil edən millət vəkili kimi bu məsələni geniş müzakirə edəcəyik və ümid edirəm ki sakinlərimizə dəstək göstəriləcək.
Çünki kənd insanlarımızın maddi imkanları yüksək deyil və onların dəyən ziyanın aradan qaldırılmasında dövlətimizin dəstəyinə böyük ehtiyac var. Kənd təsərrüfatı ilə dolanan kənd insanlarımız üçün belə bir zaman bu cür dolunun yağması böyük zərər oldu. Allah insanlarımıza kömək olsun.
İnşallah, sabah müvafiq qurumlara gedərək bu məsələ ilə bağlı kömk edilməsi xahişindən sonra rayona gedəcəm və sakinlərimizlə daha geniş görüşəcəyik. İnsanlarımızın ən azı sıradan çıxmış dam örtüklərinin təcili şəkildə düzəldilməsinı dəstək göstərilməsi ilə bağlı bu gün hazırladğımız müraciətimizə inşallah ümid edirik ki, müvafiq qurumlar dəstək göstərəcək“-deyə, millət vəkili sözlərinə əlavə edib.
Etikxeber.az