Qənirə Paşayeva və Əli Məsimlidən təhsillə bağlı önəmli təkliflər…

Təhsil haqları və təhsil kreditləri parlamentin yenidən gündəmində

Millət vəkili təhsil haqlarının azaldılmasını təklifi ilə çıxış edib.

Etikxeber.az-ın xəbərinə görə, millət vəkili Qənirə Paşayeva bu təklifi parlamentin payız sessiyasının oktyabrın 1-də keçirilən ilk plenar iclasında səsləndirib.

meclissssss

O, qeyd edib ki, təhsil haqlarının azaldılmasına ciddi ehtiyac var:

“Çünki bu il ali məktəblərin çoxunda təhsil haqları artırıldı. Bu isə övladları ali məktəblərin ödənişli əsaslarla olan ixtisaslarında oxuyan valideynlər üçün ciddi problemlər yaradır. Onlar bu məsələdə çətinlik çəkirlər. Odur ki, bu məsələdə müəyyən güzəştlər, azaldılmalar nəzərdə tutulmalıdır”.

Millət vəkili eyni zamanda, reproduktiv sağlamlıqla bağlı məsələnin həllini tapmasının vacibliyini bildirib.

Qeyd edib ki, bu gün sonsuzluq, övlad dünyaya gətirə bilməmək üzündən ailələr sürətlə dağılır:

“Bu, çox təhlükəli və narahatedici bir məsələdir. Ailələrin dağılmasına yol vermək olmaz. Ona görə də nəhayət, reproduktiv sağlamlıqla bağlı məsələ müzakirələrə çıxarılmalı və müvafiq qanun layihəsi qəbul olunmalıdır. Bu, sonsuzluqdan əziyyəti çəkən, dağılma təhlükəsi yaşayan ailələr üçün bir ümid, işıq olar”.

ali-masimli

Millət vəkili Əli Məsimli isə artıq “Təhsil kreditləri haqqında” qanun layihəsinin müzakirələrə çıxarılmasının vacibliyini vurğulayıb:

“Bunu deməkdən yorulmuşuq. Bu, ciddi məsələdir. Ailələr övladlarını oxutmaqda böyük çətinliklər yaşayırlar. Ona görə artıq bu məsələ öz həllini tapmalıdır. Bu məsələni bu qədər uzatmaq olmaz”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Milli Məclisin payız sessiyası başlayır – BU GÜN

Read Next

Parlamentin payız sessiyasında təkliflər “sel kimi” axışdı, qarşılıqlı ittihamlar göydə uçuşdu… – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir