Qənirə Paşayevadan Türkiyəyə AŞPA-dan dəstək:İkili standartlara yer olmamalıdır

“Bu gün Strasburqda AŞPA-da Liberal Qrupda çıxışım zamanı Türkiyədə 1 gün əvvəl baş vermiş və 18 insanın ölümünə, çoxlu sayda insanın yaralanmasına səbəb olan terror hadisəsindən danışıb və Lideral Qrupu, AŞPA-nı bu teröru kəskin pisləməyə və terrorla mübarizədə Türkiyəyə daha çox dəstək verməyə çağırdım”.

Etikxeber.az xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib.

“Tez-tez Türkiyədə müxtəlif konfrans və tədbirlərdə olan biri kimi bildirmək istəyirəm ki, Avropa terrorla mübarizə məsələsində Türkiyəyə kifayət qədər dəstək vermir. Bu mövzuda ikili standartlara yol verilməməlidir. AŞPA-ya üzv ölkələr terrorla mübarizə aparan üzv ölkə-Türkiyəyə bu haqlı mübarizəsində daha çox dəstək verməlidir. Türkiyənin müxtəlif bölgələrində bir çox şəhid ailələri, terror qurbanlarının yaxınları ilə görüşlər əsnasında terror qurbanlarının yaxınlarının AŞPA da daxil olmaqla, bir çox Avropa qurumlarına qarşı inamlarının itməsinin şahidi olmuşam”-deyə, qeyd edən millət vəkilinin bildirdiyinə görə, o insanlar Avropanın Türkiyəyə terrorla mübarizədə dəstək vermədiyini düşünürlər:

“Ona görə də Liberal Qrupun və AŞPA-nın buradan “Terrora qarşı hər zaman Türkiyənin yanındayıq” mesajını verməsi zəruridir. Bu məsələdə ikili standartlara yer olmamalıdır. Biz harada baş verməsindən asılı olmayaraq terrora qarşı birgə mübarizə aparmalıyıq və Türkiyənin terrorla mübarizəsinə daha böyük dəstək verməliyik. Türkiyənin ağır savaş və faciələrin yaşandığı iki ölkə Suriya və İraqla qonşu, bu günə qədər bu ölkərlərdən 3 milyondan artıq köçkün qəbul edən bir ölkə olduğunu və o bölgələrdə terror təşkilatları ilə sərt mübarizə apardığını, Avropa sərhədlərində köçkünlər probleminin əsas hissəsini üzərinə götürdüyünü və terör təşkilatlarına qarşı ciddi mübarizə apardığını diqqətə alaraq AŞPA, Liberal Qrup Türkiyəyə daha böyük dəstək göstərməlidir”.

Çıxışa reaksiya verən Liberallar qrupun rəhbəri Jordi Xucla isə  Türkiyədə 1 gün əvvəl baş verən terroru aktını kəskin pislədiyini açıqlayıb və “harada baş verməsindən asılı olmayaraq hər zaman terroru pisləyirik deyib.

Etikxeber.az

Read Previous

“Türkiyəyə xüsusi önəm və dəstək veririk”- NÜMAYƏNDƏ HEYƏTİNİN RƏHBƏRİ

Read Next

Əliyevlə Ərdoğan “Space”-yə nə dedilər?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir