“Qərarlıdır, qətiyyətlidir…” – MİLLƏT VƏKİLİ

Müstəqil Azərbaycanın 28 il ərzində keçdiyi yolu 6 mərhələyə bölsək, daha düzgün və da məntiqə uyğun olar: 1991-92-ci illər, 1992-93-cü illər, 1993-1994-cü illər, 1994-2003-cü illər, 2003-2018-ci illər və 2018-2019-cu illər. 1991-ci ildə xalqımız uzun müstəqilik mübarizəsindən və keçmiş sovetlər imperiyasının çöküşündən sonra tarixində ikinci müstəqilliyinə, azadlğına qoşudu. Amma çox təəsüflər olsun ki, 1988-ci ildən başlanan, başladılan Qarabağ fintəkarlığı nəticəsində xalqımız  zorla münaqişəyə cəlb edildi, müstəqilliyimizin əldə edilməsi ilə 1991-92 və 1992-93-cü illərdə Ermənistanın və onun himayədarlarının ölkəmizə qarşı işğal və təcüviz siyasəti daha açıq və amansız şəkil aldı. Ölkədə qaçqınlar orsusuna məcburu köçkünlər ordusu əlavə olundu. Xocalı, Ağdaban, Meşəli, Qaradağlı, Cəmilli faciələri-soyqırımları, 20 noyabr terraktı baş verdi, Şuşa, Laçın işğal olundu. İdarəçilik bacarığı və səriştəsi zəif olan hakimiyyətlər bir-birini əvəzlədi, 1993-cü ildə Kəlbəcər, sonra isə digər rayonlarımız işğal edildi.

1993-cü iilin iyununda Gəncədə dövlət və iqtidarın əleyhinə qiyam qaldırılması və keçmiş hakimiyyətin səriştəsizliyi nəticəsində ölkə vətəndaş müharibəsi həddinə gəldi, Cənubda və Şimalda separatizm meyllərini alovlandırmağa, “Sadval”ın əli ilə “Ləzgistan”, “Talış Xalq Partiyası”nın (“Azərbaycan Xalqlarının Bərabərliyi Partiyası”nın) əli ilə “Talış Mugan Respublikası”nın yaradılmasına cəhdlər göstərildi, ölkə ikinci müstəqilliyini də itirmək, parçalanmaq həddinə çatdı. Keçmiş hakimiyyətin və Azərbaycan xalqının təkidi ilə Ulu öndər Heydər Əliyev Bakıya dəvət edildi,  Ümummilli liderin ikinci hakimiyyət dövrünə, 1993-94-cü illər mərhələsinə qədəm qoyuldu. Onun qayıdışı, dahiliyi və müdrikliyi nəticəsində tezliklə Azərbaycan vətəndaş müharibəsindən, separatizm, parçalanmaq, bölünmək, məhv olunmaq təhlükəsindən xilas edildi. Ölkədə xaos, anarxiya aradan qaldırıldı. Ordu quruculuğuna start verildi.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili, BDU-nun kafedra müdiri, professor  Kamilə Əliyeva deyib.

O, xatırladıb ki, uzun müddət aparılan gərgin və bir neçə dəfə Azərbaycanın maraqlarına uyğun gəlmədiyi üçün dayandırlan danışıqların müsbət sonucu, o cümlədən, bütün təzyiq, təhdidlərə baxmayaraq, Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti, uzaqgörənliyi sayəsində 1994-cü ilin sentyabrın 20-də tarixi “Əsrin müqaviləsi” imzalandı və bununla da, Azərbaycanda müstəqilliyinin əsl və inkişaf mərhələsinə, 1994-2003-cü illər dönəminə qədəm qoyuldu.

asrrr-1

CDQ-ilya-2

qars-1

tanappp

“Düzdür, “Əsrin müqaviləsi”nə dirəniş göstərənlər, Azərbaycanın müstəqilliyini həzm və qəbul edə bilməyən daxili-xarici simbioz qüvvələr iki dəfə dövlət çevrilişnə cəhd etsələr də, alınmadı, Heydər Əliyevin müdrikliyi, Azərbaycan xalqının dəstəyi, ulu öndərlə həmrəyliyi nəticəsində çevriliş cəhdlərinin qarşısı qətiyyətli və birmənalı şəkildə alındı. Həmçinin, atəşkəs əldə edildi, bu fürsətdən istifadə edən Azərbaycan ordu quruculuğunu daha da sürətləndirməyə başladı. 1995-ci ildə  Azərbaycan ilk müstəqil Konstitusiyası qəbul edildi, Milli Məclisə ilk çağırış seçkilər keçirildi, demokratik təsisatlar bərqərar edilməyə başlandı, söz, vicdan azadlığı, insan hüquq və azadlıqları təmin edildi. “Bakı-Tbilisi-Ceyhan”la, “Bakı-Tbilisi-Ərzuru”mla bağlı nəhəng layihələrə start verildi, Qədim və Böyük İpək Yolunun bərpası istiqamətində “Bakı-Tbilisi-Qars” layihəsinin reallaşdırılmasına yönəlik addımlar atıldı və Azərbaycan dünyada yeri, çəkisi olan bir dövlətə çevrildi, imzası imzalar içində tanındı.

kamilla-13

2003-cü ilin oktyabr seçkilərində ölkə prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəlişi ilə müstəqlliyimizin növbəti-2003-2018-ci illər inkişaf mərhələsinə qədəm qoyuldu.  Andiçmə mərasimində “Mən hər bir azərbaycanlının prezidenti olacağam”-deyən ölkə prezidenti bu sözünün, bu vədinin gerçəkləşdirilməsi istiqamətində addımlar atmağa başladı. Hakimiyyətə gəlişindən cəmi 3-4 ay sonra, 2004-cü ilin fevralında regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan nəhəng bir layihələyə imza atdı, Dövlət Proqramı qəbul etdi. Bununla Azərbaycan regionlarında əsl çiçəklənmə, inkişaf dönəmi yaşandı, tənəzzül, gerilik yaşayan, solğunlaşan Azərbaycan regionları tezliklə ayağa qaldırıldı, onminlərlə iş yerləri açıldı, Azərbaycan regionlarının siması büsbütün dəyişdi, gözəlləşdi, regionlarla Bakı, iri şəhərlər arasında fərqlər minimuma endirilməyə başlandı. Sonra növbəti dövlət proqramları qəbul olundu və bu ilin əvvələrində 3-cü Dövlət Proqramının yekunları ilə bağlı konfrans keçirildi, 4-cü Dövlət Proqramı imzalandı.

2003-2018-ci illərdə Azərbaycan bütün sahələrdə inkişaf, tərəqqi mərhələsi yaşadı. 2008-ci ildən dünyanı başına götürən və bu gün də davam edən qlobal maliyyə və iqtisadi kataklizmlərindən demək olar ki, təsirsiz ötüşdü, ölkənin valyuta ehtiyatları, adambaşına düşən gəlir, Ümumi Daxili Məhsulun (ÜDM) həcmi artdı, yoxsulluq ən yüksək həddən 5 faizə qədər endirildi, Azərbaycan investisiya qoyulan ölkədən investisiya yatıran ölkəyə çevrildi, neft sektorunun inkişafından qeyri-neft sekrorunun inkişafına əsl keçid mərhələsi başladı. Azərbaycan idman, mədəniyyət ölkəsinə, siyasi, iqtisadi, mədıni, hərbi,  humanitar diaolq məkanısa, milli-dini tolerantlıq mərkəzinə çevrildi. BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmamaq Hərəkatına üzv oldu və bu yaxınlarda bu mötəbər təşkilatın Zirvə toplantısına ev sahibliyinə hazırlaşır. Bir müddət BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət göstərdi, bu quruma sədrlik etdi, dünyanın lider dövlətlərindən birinə çevrildi.

star-1

parad-11

parad-22

parad-25

axc-ilham-2

and

SENET-ILHAM-1

2018-ci ilin 11 aprel seçkilərindən sonra isə Azərbaycanda inkişafın, islahatların yeni və fantastik bir mərhələsi başlandı, islahatlar prosesi bütün sahələrə sirayət etdi, eninə və dərininə işlədi. Bu ilin əvvəllərindən etibarən, qısa zaman kəsiyində ölkədə əmək haqları, pensiyalar iki dəfə artırldı, pensiyaların minimum həddi 200 manata, əmək haqlarının minimum həddi 250 manata qaldırıldı, sosial müavinətlər, təqaüdlər artırıldı, şəhid ailələrinə ödəniləcək vəsaitlə bağlı illərdən bəri davam edən problemə son qoyuldu. 2015-ci ilin iki üzücü və sarçıdıcı zərbəsi nəticəsində yaranmış və 3 ildən çox davam edən problemli kreditlət məsələsinin həlli ilə bağlı cənab prezidentin də dediyi kimi, tarixdə analoqu olmayan Fərman imzalandı, 800 mindən artıq insan narahatlıqdan qurtarıldı, 311 mindən artıq məhkəmə işi dayandırıldı, həmçinin, məhkəmə-hüquq sistemində islahatlara start verildi. Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin inkişafı ilə bağlı dalbadal sənədlər imzalandı, böyük maliyyə vəsaitləri ayrıldı.

Həmçinin, 31 ildir davam edən Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həlli istiqamətində addımlar sürətləndirildi, Ermənistan, Paşinyan hakimiyyətinin “format dəyişikliyi” fintəkarlığının qarşısı alındı, Ermənistan yenidən danışıqlar masasına əyləşdirildi. 2016-cı ilin uğurlu Aprel zəfərindən sonra tarixi Cünnüt və Qazax əməliyyatlarına imza atıldı, növbəti hərb səlnaməsi yazıldı. Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu sırasında öz yerini tutdu. Böyük təxribatlara baxmayaraq, UEFA Avroliqasının final oyununa, Avropa Gənclərinin Festivalına möhtəşəm ev sahbliyi etdi. Bununla yanaşı, Cənub Qaz Dəhlizinin, TANAP-ın, “STAR”-ın tarixi açılış mərasimləri keçirildi. Bakı-Tblisi -Qars dəmir yolu xətti işə düşdü, dünya daha bir tarixi layihənin gerçəkləşməsinə şahidlik etdi. Yaxın zamanlarda daha bir açılış-TAP-ın açılış mərasiminin baş tutması gözlənilir və sair.

Bununla bərabər, şərəf və qürur tariximiz olan Azərbaycan Xalq Cümhriyyətinin AXC), Azərbaycan Ordusunun, Azərbaycan Parlamentin 100-cü ildönümləri təntənəli şəkildə qeyd olundu, 26 iyun və 15 sentyabr tarixlərində Milli Ordunun yaranmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyi möhtəşəm paradlarla qeyd edildi.

kamilla-12

Bəli, bunlar 28 illik müstəqiliyimizin İlham Əliyev inkiaf və islahatlar mərhələsinin, erasının nəticələri, bəhrələri, töhfələridir. Bunlar, yəni,  İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik bir dövlətə çevrildi və bu yolda da hər gün növbəti qələbələrinə, zəfərlərinə, uğurlarına doğru inamla addımlayır. Çünki qərarlıdır, qətiyyətlidir. Bu yolda da, bu qərarlığında da heç bir kəs, heç bir qüvvə, heç bir güc Azərbaycana mane ola, onu yolundan döndərə, sapdıra bilməz…”-deyə, mətbuata açıqlamasında K. Əliyeva sözlərinə əlavə  edib.

Etikxeber.az

Read Previous

Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin – “RASKOPA ANJELİNA” AÇIQLAMASI

Read Next

“Təəssüf ki, biz bunu hələ əngəlləyə bilmirik…” – POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir