“Qəti inam və imanla hamımız əmin olmalıyıq ki…”-EKS-DEPUTAT

Dünya müsəlmanlarının əziz günü – Mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın qəbul olmasını diləyirəm.

Bərəkət və səmimiyyət, mərhəmət ayı olan Ramazanın əzəməti və sevinci hədsizdir.

Uca Allahın rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca bütün ibadətlərini sonsuz ehtiram və səylə tamamlayaraq bayram səadətinə qovuşurlar.

Bu ilki Ramazan dünya və ölkəmiz üçün mürəkkəb dövrə təsadüf etdi, bəşəriyyəti imtahana çəkən ağır pandemiya şəraitində insanlar xəstəliklə mücadilə apardılar, ancaq müqəddəs ənənələrimizə sadiq qalaraq Ramazanın nəcib duyğularını çətin də olsa yaşamağı bacardılar.

Bəşəriyyətin təhlükə ilə üz-üzə qaldığı mürəkkəb bir şəraitdə qədirbilən xalqımız Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanımın milli birlik və həmrəylik çağırışlarına qoşularaq yumruq kimi birləşdilər, tövsiyələrinə əməl etdilər, məsuliyyəti və intizamlı davranış nümayiş etdirdilər.

Dövlət başçısının və Mehriban xanımın əhalimizin sağlamlığı və rifahı üçün təxirəsalınmaz tədbirlər həyata keçirməsi, insanlara ən yüksək qayğı ilə yanaşmaları, sosial yardımlaşma və xeyirxahlıq ənənələrinə sadiq qalaraq imkansız ailələrə maddi və mənəvi dayaq olmaları Ramazan ayının fəzilətini və Müqəddəs kitabımız Quranda təfsir olunan birlik və bərabərliyimiz gücləndirdi.

Onların ölkə daxilində və beynəlxalq müstəvidə hümanizm örnəyi Ramazanın mərhəmət abı-havası ilə həmahəng oldu. Bu müqəddəs günlərdə xalqımızın ümid və imanlarla dolu olan duaları qəbul olundu, xalqımız, dövlətimiz bu bəlanın böyük bir mərhələsini adlatdı.

Təəssüf ki, bu xəstəlik kabusu bəzi bacı və qardaşlarımızın dünyasını dəyişməsinə də səbəb oldu, rəhmətə qovuşanların hər birinin ailəsinə Uca tanrıdan rəhmət, səbr və təmkinlik diləyirəm.

Qəti inam və imanla hamımız əmin olmalıyıq ki, bu gün də nəcib keyfiyyətləri və milli-mənəvi dəyərlərimizi yaşadan xalqımız öz mütəşəkkilliyi və həmrəyliyi sayəsində bu çətinliyi tamamilə geridə qoyacaq.

Bu gün hamımız müqəddəs Ramazan sevincini yaşayırıq. Bu əziz bayram münasibətilə hər kəsə ən sonsuz ülvu arzularımı çatdırıram, hər bir ailəyə sağlam həyat, xoş günlər və yaxşı rifah diləyirəm.

Bir daha bayramınız mübarək olsun. Tanrı Azərbaycanı qorusun!

Vaqif ABDULLAYEV,

Sabiq deputat

Etikxeber.az

Read Previous

“Ağrıların unudulmasını və duaların qəbul olunmasını diləyirəm”-SEVİNC HÜSEYNOVA

Read Next

Vitse-spiker seçicilərinə bayram müddətində zərurət olmadığı halda evdən çıxmamağı-TÖVSİYƏ ETDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir