“Qəza törədib, adam öldürüb, hadisə yerindən qaçan əfv edilmir” – DEPUTAT

Xalq yazıçısı, Əfv Komissiyasının üzvü: Əfv edilənlər cəmiyyət üçün təhlükəli deyillər

Əfv sərəncamı nəticəsində azadlığa çıxan insanların, onların ailə üzvlərinin hər birini təbrik edirəm,  hamısına gözaydınlığı verirəm.

Etikxeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili, Xalq yazıçısı Elmira Axundova bildirib.

SENET-ILHAM

İnsanlarımızı xatircəm etmək istəyirəm ki…

E. Axundova da öz növbəsində  ölkə prezidenti İlham Əliyevin son sərəncamını çox müsbət və çox düşündürücü bir sərəncam hesab etdiyini bildirib:

“Mən Əfv Komissiyasının üzvü olaraq, bu barədə ilk açıqlamamı sizə verirəm və burada bir neçə məqama toxunmaq istəyirəm. Əvvəla, mən əfv sərəncamı nəticəsində azadlığa çıxan insanların, onların ailə üzvlərinin hər birini təbrik edirəm, gözaydınlığı verirəm. Çünki, bu,  doğrudan da, çox böyük hadisədir, çox böyük  humanizm siyasətidir. Eyni zamanda, cənab prezidentə öz dərin minnətdarlığımı bildirirəm. Minnətdarlıq edirəm ki, növbəti dəfə böyüklük, humanistlik göstərərək belə bir addıma getdi, yüzlərlə ailəni, minlərlə insanı sevindirdi. Həmçinin, üzvü olduğum Komissiyanın üzvlərinə minnətdarlığımı bildirirəm. Çünki onlar ötən bu müddət ərzində çox gərgin işləyiblər. Komissiya üzvlərindən elələri var ki, vaxtları olmadığı zamanlarda belə, vaxt, zaman ayırıb Komissiyanın iclaslarında, müraciətlərə baxılmasında və onların araşdırılmasında yaxından iştirak ediblər.

Mən həmçinin, insanlarımızı sakitləşdirmək istəyirəm. Çünki bəzi insanlar var ki, dərhal təlaş keçirir, bildirirlər ki, ölkədə yenə cinayətkarlığın səviyyəsi artacaq və sair və ilaxır. Onları xatircəm etmək istəyirəm ki,  heç bir narahatçılıq, təlaş keçirməsinlər. Çünki heç bir qatı cinayətkar, bu və ya digər insanı amansızlıqla, qəddarlıqla qətlə yetirmiş heç bir xüsusi təhlükəli məhkum əfv edilmir və edilməyib.  Yəni, əfv edilərək, azadlığa çıxan insanlar cəmiyyət üçün qorxulu deyillər.

elmira-kitab

Məsələn, hansısa mübahisə nəticəsində adam öldürmüş və ya qəza törədərək, insan həyatına son qoymuş məhkumlar var ki, onlar bunu qəsdən, bilərəkdən etməyiblər. Düzdür, cinayətə yol veriliblər, ancaq həmin öldürülən insanların qohumları, yaxınları tərəfindən bağışlanılıblar, əfv ediliblər. Və yaxud, qohumlar, tanışlar arasında yaşanan mübahisələr nəticəsində baş vermiş hadisələrlə bağlı məhkumluq həyatı yaşayan insanlar var ki, onlar da cəmiyyət üçün təhlükə törətmirlər.

Onlar da bilmədən, istəmədən bu cinayətin bir növ qurbanına çevriliblər. Odur ki, onların da azadlığı çıxması insanlarımız, cəmiyyətimiz üçün təhlükə yaratmır. Bununla yanaşı, xırda, yüngül xuliqanlıq hərəkətlərinə yol verən məhkumlar var ki, onların da cəmiyyətin üçün elə bir təhlükəsi yoxdur. Bu dəfə əfv olunanlar arasında xaricilər, əcnəbilər də çoxdur. Hardasa 20-yə yaxındır. Onlar da qorxulu deyillər, çünki dərhal deportasiya edilirlər, həm də “qara siyahı”ya düşürlər. Yəni, onlar bir də Azərbaycana gələ, insanlarımıza hansısa təhlükə yaşada bilməyəcəklər. Bu baxımdan, insanlarımızı sakitləşdirmək istəyirəm ki, burada hansısa qatı, təhlükəli cinayətkarın əfvindən söhbət getmir və gedə də bilməz”.

Ramil müəllim də təsdiqlədi ki...

Bununla yanaşı, millət vəkili təəssüf hissi ilə qeyd edib ki, ölkədə yenə də məişət zorakılığı halları, avtoqəza hadisələri kəskin surətdə artmaqdadır:

“Bunu Komissiyamızın iclasında hörmətli nazirimiz Ramil Usubov da təsdiq etdi. Bildirdi ki, istər məişət zorakılığı ilə, istərsə də avtoqəzalarla bağlı hadisələr artmaqdadır. Onu da dedi ki,  baxmayaraq ki, bu yöndə ciddi mübarizə tədbirləri aparırıq, amma bəziləri hələ də başa düşmürlər ki, belə  yüksək sürətlə maşın sürmək, idarə etmək olmaz. Avtoqəzaları törədənlərin əksəriyyəti də ya içkili, sərxoş olurlar, ya da onların çoxunun sənədləri olmur.

ramilll

Onu da deyim ki, qəza törədib, hadisə yerindən qaçan insan əfv edilmir. Qaçmaq olmaz, bu, insanlıq baxımından da, düzgün deyil. Əksinə, orada, hadisə yerində qalmaq, kömək etmək lazımdır. Bunun özü də həmin insan üçün  necə deyərlər, yumşaldıcı bir haldır. Bununla yanaşı, bəzən hansısa məhkumu əfv siyahısına salmaq istəyirik, amma islah-əmək müəssislərindən yaxşı olmayan xasiyyətnamələr gəlir. Bu zaman isə tərəddüd içində qalırıq.

Əfv edilən insanlar arasında bəzi hüquq-müdafiə təşkilatları tərəfindən müxtəlif siyahılara adları salınan tanınmış insanlar da var. Onların təqdim etdikləri siyahıda adları keçənlərin yarıdan çoxunun əfvi təmin edilib. Mən onları da təbrik edirəm istəyirəm və eyni zamanda, bildirmək istəyirəm ki,  bir daha bu yola getməsinlər, səhvə yol verməsinlər, cəmiyyətə qovuşsunlar, inteqrasiya etsinlər.

Mən 1995-ci ildən bu Komissiyadayam. Ən yaşlı Komissiya üzvlərindəndəm. Çoxları dəyişib, amma köhnələrdən biri də mənəm. Çox maraqlı haldır  ki, məhz bizim siyahımızla azadlığa çıxan insanlar ikinci dəfə cinayət etmirlər. Bu, özü çox böyük göstəricidir. Bir sözlə, bu sərəncam düşündürcü və böyük humanizm göstəricisi olan bir sərəncamdır. Bir daha öz adımdan və Komissiya üzvləri adından cənab prezidentə dərin minnətdarlığımızı bildirirəm”.

Etikxeber.az

Read Previous

Prezident Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarını təltif etdi – SƏRƏNCAM

Read Next

“Əfv etmək, bağışlamaq müdrik və ədalətli liderlərə məxsus cəhətdir” – DEPUTAT – RƏY(LƏR)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir