İran-Azərbaycan əlaqələri ildən-ilə inkişaf edir. Hər iki dövlətin birgə həyata keçirdikləri layihələr bunu sübut edir.
Etikxeber.az KİV-lərə istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin “Fars” xəbər agentliyinə verdiyi müsahibədə deyib.
Diplomat nəzərə çatdırıb ki, iki ölkənin dəmir yolları sistemlərini birləşdirəcək Astara(Azərbaycan)-Astara(İran) körpüsünün inşası davam edir və cari ilin sonunda istifadəyə veriləcək:
“Gələn il isə İranda Qəzvin-Rəşt dəmir yolunun tikintisinə başlanacaq. Bu yol gələcəkdə Azərbaycanın Astara şəhərinə qədər uzanacaq və yüklərin daşınması prosesi asanlaşacaq. Bu dəmir yolu xətti Şimal-Cənub nəqliyyat dəhlizinin əsas hissəsidir və Azərbaycan yolun tikintisinə investisiya yatırmaqda maraqlıdır“.
Səfir müsahibəsində onu da bildirib ki, İran Ermənistan-Azərbaycan münaqişəsinin həllində beynəlxalq prinsipləri əsas tutur və problemin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. Rəsmi Tehran münaqişənin həllində vasitəçilik etməyə hazırdır.
Etikxeber.az