Qəbələdə dünya kuboku yarışlarında 27 ölkədən 300-dək idmançı iştirak edəcək

Qəbələ rayonu bu günlərdə daha bir beynəlxalq idman tədbirinə ev sahibliyi edəcək. Sentyabrın 16-dan 23-dək “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə olimpiya atıcılıq növləri üzrə gənclər arasında dünya kuboku yarışları keçiriləcək.

Etikxeber.az xəbər verir ki, Qəbələ rayonunun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində təşkil ediləcək yarışlarda 27 ölkədən 300-dək idmançının iştirakı gözlənilir. Atıcılığın bir neçə növü üzrə dünya kuboku uğrunda keçiriləcək yarışlarda 21 yaşadək olan gənc qız və oğlanlar mübarizə aparacaqlar.

İdmançıların və rəsmi qonaqların qarşılanması, yerləşdirilməsi üçün lazımi şərait yaradılıb. Yarışın rəsmi açılış mərasimi sentyabrın 16-da olacaq.

Qeyd edək ki, Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçiriləcək yarış Avropa və dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır.

Etikxeber.az

Read Previous

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatdı

Read Next

Serj Sarqsyanı Karen Karapetyan əvəzləyəcək?- Aydın Mirzəzadədən yazı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir