“Qəbələ”nin rəqibi “Dinamo” olacaq…

“Qəbələ” klubunun Avropa Liqasındakı rəqibi müəyyənləşib.

Etikxeber.az xəbər verir ki, yarışa II təsnifat mərhələsindən başlayacaq Azərbaycan kubokunun qalibi Gürcüstan “Dinamo”su ilə qarşılaşacaq.

Bu, Tbilisi təmsilçisinin I təsnifat mərhələsini adalmasından sonra rəsmiləşib.

“Dinamo” Andorranın “Enqordani” klubunu hər iki görüşdə məğlub edib.

Ötən həftə evdə rəqibinin qapısından 6 cavabsız qol keçirən gürcülər səfərdə də qalib gəlib – 1:0. “Qəbələ” Tbilisi təmsilçisi ilə ilk oyununu iyulun 25-də evdə, cavab matçını avqustun 1-də səfərdə keçirəcək.

Qeyd edək ki, bu komandalar 2015/16 mövsümündə də qarşılaşıb. Avropa Liqasının I təsnifat mərhələsinin duelində “Qəbələ” səfərdə 1:2 hesabı ilə uduzsa da, evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb.

Etikxeber.az

Read Previous

“Neftçi” “Speranta”nı darmadağın etdi – 6:0 – “NEFTÇİ” NÖVBƏTİ MƏRHƏLƏDƏ – YENİLƏNİB – (10)

Read Next

“Vitse-spikerlərdən biri müxalifətdən olmalıdır…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir