Qəbiristanlıqlarla bağlı yeni Əsasnamə olacaq – SİYAVUŞ NOVRUZOV

Məzarlıqların,qəbiristanlıqların idarə olunması ilə bağlı nümunəvi model, Əsasnamə hazırlanır.

Etikxeber.az xəbər verir ki, bunu parlamentin plenar iclasında millət vəkili Siyavuş Novruzov deyib.

nazirler-kabineti-1

O, qeyd edib ki, bu əsasnamə Nazirlər Kabineti tərəfindən hazırlanır və yaxın zamanlarda imzalanaraq, qüvvəyə minəcək:

“Artıq bundan sonra kimsə bu məsələdə özbaşınalıq edə bilməyəcək, qəbiristanlıqları necə deyərlər, hektarlamayacaqlar. Kimsə-hələ ölməyib, amma özünə qəbiristanlıqda yer alır…Bu, nə deməkdir? Ancaq Nazirlər Kabinetinin hazırladığı Əsasnamə bu məsələdə ciddi-nizam intizam yaradacaq, kimsə artıq bu məsələdə sui-istifadə edə bilməyəcək. Bütün məzarlar, qəbirlər eyni qaydada olacaq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Sərnişindaşıma xidməti ilə məşğul olan sahibkarlar barədə ciddi cəzalar olsun – TƏKLİF

Read Next

Parlament dəfnlə bağlı bir sıra yeni qaydaları təsdiq etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir