Qəhvə hazırlayan robot nümayiş etdirildi

149

Qəhvə hazırlayan robot ilk dəfə ötən il “MWC” sərgisində təqdim edilib. Bu günlərdə isə Berlində keçirilən “IFA” tədbiri çərçivəsində həmin robotu işlək vəziyyətdə nümayiş etdiriblər. Robot audiosistem, televizor, smartfon, kompyuterə qoşularaq istifadəçi ilə “ağıllı” ev arasında vasitəçilik edə bilər. Sadəcə, robotu çağırmaq və nə cür qəhvə istədiyinizi ona demək lazımdır. Bundan sonra, sadəcə, fincanı qəhvə dəmləyənə qoymaq lazımdır, qalan işi robot özü edəcək.

Etikxeber.az xəbər verir ki,  bu “hi-news.ru” saytı məlumat yayıb.  Xəbər verilir ki, “Xperia Agent” robotu “Siri” və ya “Cortana” kimi rəqəmli assistentə malikdir və bunun sayəsində istifadəçi robota tapşırıq verə bilər.

Məsələn, robotdan təqvimi yoxlamağı və ya hansısa nömrəni yığmağı xahiş etmək mümkün olacaq. Bundan başqa, robot animasiyalı gözlərlə təchiz edilib və musiqi sədaları altında rəqs edə bilir.

Beləliklə, robot kamera, mikrofon və sensor ekranla təchiz edilib, təqvimdəki hadisələri yoxlaya, zəng edə, rəqs edə biləcək.

Etikxeber.az

Read Previous

Sentyabrın 6-na olan USD/AZN rəsmi məzənnəsi açıqlandı

Read Next

Dövlət Baytarlıq Nəzarəti Xidməti: İsmayıllı rayonunda at əti satışının qarşısı alınıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir