“Qələmimizdən qəlbinizə” və “Misraların əsrarı”nın-TƏQDİMATI – FOTOLAR

‘Bookzone” kitab evində “Laboratory of Art” incəsənət platforması həvəskar yazarların hekayələr toplusundan ibarət olan “Qələmimizdən qəlbinizə” adlı kitabın ll tirajını, eləcə də “Misraların əsrarı” adlı həvəskar şairlərin seçilmiş şeirlərindən ibarət kitabını təqdim edib.

Etikxeber.az xəbər verir ki, “Misraların əsrar” adlı kitabda “Laboratory of Art” platformasının əli qələm tutan, gözəl misra sahibləri öz şeirlərini oxuculara əta ediblər.

Müxtəlif mövzularda olan bu şeirlər hər kəsin zövqünə, düşüncə və ruhuna xitab edə bilir. Həvəskar şairlər demişkən, “laboratory of Art” ın “brendbuk” layihəsinin 2022-ci ildə ehtiva etdiyi kitablarda istər yazar, istər şairlərin demək olar ki, hamısı öz beyin məhsullarını ilk dəfədir ki, kitab müstəvisində çap etdirirlər.

Onlardan biri də maraqlı şeirlərilə diqqətləri çəkən Çiçək Əlizadədir.

Hələ məktəb yaşlarından şeiriyyata marağı olan Çiçək, müxtəlif vəznlərdə özünü sınayır, şeiriyyat sevgisi onun bu sınaqlarını ta kitabda çap oluncaya qədər gətirib çıxarır.

Söz sənətini, sözün dəyərini isə bu misralarında deyir: Gərəkdir, söz olsun qızıldan baha, Əfsunu duyanı məftun eyləsin…

Çiçək xanıma və onun timsalında “Laboratory of Art” platformasının qələm sahiblərinə tutduqları bu yolda uğurlar diləyirik!

Etikxeber.az

Read Previous

Əliyev Ərdoğanı Soçi görüşü barədə məlumatlandırdı-“TOGG”LA BAĞLI TƏBRİK ETDİ

Read Next

İkinci Vətən Müharibəsinin 2 noyabr Şəhidləri: QUBADLIDA DÜNYAYA GƏLİB, QUBADLIDA ŞƏHİD OLAN VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI VÜQAR AĞYEV VƏ ATASI BİRİNCİ QARABAĞ SAVAŞININ, QARDAŞI İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN İŞTİRAKÇISI OLAN ELMƏDDİN YUSİFOV…- FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir