Qənirə Paşayeva əlillərin pulsuz təhsil hüququnun reallaşdırılması məsələsini qaldırdı

Milli Məclisin (MM)  fevralın13-də  keçirilən plenar iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi birinci oxunuşda  müzakirəyə çıxarılıb.

Etikxeber.az  xəbər verir ki, qanun layihəsini məruzə edən parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, qanun layihəsi 8 fəsil, 40 maddədən ibarətdir:

HADIIII

“Sənəddə əsas anlayışlar, əlilliyin müəyyən edilməsi, iş yerlərinin əlilliyi olan şəxslərə müyəssər olması və istifadəsi üçün ağlabatan uyğunlaşdırılması, əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları, onların reabilitasiyası və abilitasiyası, məşğulluğunun təmin edilməsi, təhsili, peşə hazırlığı, əmək şəraiti, mənzil təminatı, mədəniyyət və idman obyektlərinin əlilliyi olan şəxslərin müyəssərliyinin təmin edilməsi və digər məsələlər əksini tapıb. Bu gün ölkədə 620 min əlilliyi olan şəxslər var. Bu da ölkə əhalisinin 6 faizi civarındadır.  Dünyada isə bu rəqəm 10-12 faizdir. Bizdə faiz göstəricisinin az olması onu göstərir ki, bu sahədə ardıcıl işlər görülür”.

Fazil Mustafa AzTV və İTV-ni tənqid etdi

Müzakirələr zamanı isə millət vəkili Fazil Mustafa dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da əlillərin metrodan pulsuz istifadə etməsini təklif edib:

“Əlillər üçün bir sıra əlavə imtiyazlar nəzərdə tutulmalıdır. Məsələn, dünyanın bəzi ölkələrində olduğu kimi, Azərbaycanda da əlillərin metrodan pulsuz istifadəsi hüququ reallaşdırılmalıdır”.
Millət vəkili eyni zamanda, əlil uşaqlarla bağlı Fondun yaradılmasını təklif edib: “Çünki elə əlil uşaqlar var ki, onların ölkə daxilində müalicəsi mümkün deyil, onlar mütləq xaricdə müalicə olunmalıdırlar. Ona görə Fond yaradılmalıdır ki, belə uşaqlara kömək edilsin, onlar müalicə üçün xaricə göndərilə bilsin”. F. Mustafa eyni zamanda,  AzTV və İTV-dən narazılığını bildirib: “Təəssüf edirəm ki, dövlət büdcəsindən maliyyələşdirilməyə layiq olmayan bu televiziyalarda əlillərin maarifləndirilməsi üçün heç nə nəzərdə tutulmur. Hansı ki, bunun üçün pul ayrılır, amma heç bir iş görülmür”.
jala-yeni-jala
Millət vəkili Jalə Əliyeva da qanun layihəsinin qəbulunun vacibliyini bildirib.
O, qeyd edib ki, əlillərin cəmiyyətə inteqrasiyası ən vacib məqamlardandır:
“Odur ki, bu yöndə yeni qanun layihəsinin müzakirələrdən keçirilərək, qəbulu çox vacibdir. Bu gün müzakirəyə çıxarılan qanun layihəsi də məhz bu zərurətdən, ehtiyacdan yaranıb”.
Milət vəkili Qənirə Paşayeva isə əlillərin pulsuz təhsil hüququnun reallaşdırılması məsələsini qaldırıb:
“Bu, çox önəmli addım olardı. Buna ehtiyac var. Yəni, əlillərin ali və orta-ixtisas məktəblərində pulsuz təhsil alması məsələsi öz müsbət həllini tapmalıdır”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az 

Read Previous

“Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı təsis edilir

Read Next

Akademik çıxışının təhrif edildiyini bildirdi:ETİRAZ EDİRƏM, BU, PEŞƏKAR OLMAYAN YANAŞMADIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir