Qənirə Paşayeva əlimərdanlılara-MİNNƏTDARLIQ ETDİ… – FOTOLAR

Təşəkkürlər, əziz və gözəl Əlimərdanlı sakinləri! Dəstəyiniz və etimadınız üçün bir daha təşəkkür edirəm.

Etikxeber.az xəbər verir ki, bunu 3 dəfə millət vəkili seçilən və 4-cü dəfə 105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd, professor Qənirə Paşayeva deyib.

“Gözəl Əlimərdanlı kəndimizdə dəyərli insanlarımızla gözəl görüşlər oldu, fikirlərini, təkliflərini, qayğı və problemlərini dinlədik, cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə, o cümlədən rayonumuzda həyata keçirilən işlərdən də danışdıq. Həllini gözləyən problemlərin həlli istiqamətində daha sürətli addımların atılacağını da vurğuladıq.

Bu günə qədər olduğu kimi bundan sonra da onların etimad və dəstəyini doğrultmaq üçün yorulmadan çalışacağıq. Əziz Əlimərdanlı sakinlərimizin hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Hər birinizi seçkidə aktiv iştirak etməyə səsləyirəm…” – VÜQAR BAYRAMOV – FOTOLAR

Read Next

“Dünyanın ən gözəl, ən ziyalı və ən qayğıkeş qadınları Azərbaycan xanımlarıdır” – TAHİR MİRKİŞİLİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir