Qənirə Paşayeva: “Əxlaqi və psixolji deqradasiyaya uğrayan insanların artması…”

“Gəncədə bir “insan”ın öz qardaşı qızını qaçırması, birlikdə yaşaması və dini nigaha daxil olması ilə bağlı yayılmış xəbərləri bir az öncə dəhşət içərisində oxudum. Və hələ də “ola bilməz, yəqin yanlış məlumat yayılıb”, deyərək belə bir şeyin baş vermədiyinə inanmaq istəyirəm. Çünki bu çox dəhşətli bir şeydir və onların hər iksinin psixoloji vəziyyətlərinin normal olmadığını düşünürəm”.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Qənirə Paşayeva dilə gətirib.

O, deyib ki, normal adam belə bir şeyi nəinki etməz, etməyi belə düşünə bilməz.

“Yayılan məlumatlarda məni dəhşətə gətirən bir məsələ də qardaşı qızı ilə əminin dini nigaha girməsi oldu.

Bu məsələ ciddi araşdırılmalıdır və əgər məlumatlar doğrudursa buna yol verən din xadimi dəhşətli bir addım atdığının məsuliyyətini daşımalıdır.

Cəmiyyətdə əxlaqi və psixolji deqradasiyaya uğrayan insanların artması ciddi narahatlıq doğurmalıdır.

Nə etməli?

İndi bu vacib sual ətrafında psixoloqlar, mütəxəssislər fikirlərini bölüşməlidir. Bu cür dəhşətli hadisələrin artmaması üçün.

Və cəmiyyət olaraq birlikdə çalışmalıyıq” -deyə, millət vəkili sonra qeyd edib.

Etikxeber.az

Read Previous

İTV-nin Yayım Şurasına namizədlərin adları AÇIQLANDI

Read Next

“Azərbaycan qalib əsgərləri dünyaya yetirən qadınların ölkəsi olmalıdır!” – DEPUTAT YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir