Qənirə Paşayeva ailənin tək övladı, təkbaşına böyüdülən Elməddin Hüseynzadənin anası-ARZU HÜSEYNOVA İLƏ GÖRÜŞDÜ…-FOTO

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi Elməddin Hüseynzadənin anası Arzu Hüseynova ilə görüşüb.

Etikxeber.az-a daxil olan məlumata görə, MM-də vətəndaş qəbulu günündə baş tutan görüşdə şəhid anasının qayğıları, ürək sözləri dinlənilib.

Q.Paşayeva müstəqil Azərbaycan dövlətinin ali rəhbərliyinin şəhid ailələrinə diqqət-qayğısının hər bir Azərbaycan vətəndaşı, o cümlədən millət vəkilləri üçün örnək və şəhid anaları ilə hər görüşün onun üçün əziz görüş olduğunu deyib.

O, eyni zamanda, şəhidin əziz ruhuna dərin ehtiramını bildirib.

Görüşdə Etikxeber.az saytının baş redaktoru Kamil Həmzəoğlu iştirak edib.

Qeyd edək ki, Elməddin Arzu xanımın yeganə övladı olub və ana öz övladını təkbaşına böyüdüb, boya-başa çatdırıb.

Elməddin Hüseynzadə (24.03.1998, Bərdə – 29.09.2020) 2016-2018-ci illərdə hərbi xidmətdə olub.

Əsgərlikdən sonra bir müddət başqa işlərdə çalışıb, daha sonra yenidən həyatını Ordu ilə bağlayıb.

Müharibənin ilk anlarından fədakarcasına döyüşən Elməddin Hüseynzadə Ağdərə-Suqovuşan istiqamətindəki döyüşlərdən birində şəhid olub.

O, Bərdənin Şəhidlər Xiyabanında torpağa tapışırılıb.

MAHHXHQ Elməddin Hüseynzadə şəhid olduqdan sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Etikxeber.az

Read Previous

Qəzet və sayt rəhbəri ikinci ali təhsilini-BAŞA VURDU – FOTOLAR

Read Next

Temperatur iqlim normasından yüksək olacaq-İYULDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir