Qənirə Paşayeva Arif Quliyevlə görüşdü VƏ…-FOTOLAR

Mədəniyyət komitəsinin sədri, professor Qənirə Paşayeva dəyərli aktyorumuz, Azərbaycan Respublikasının xalq artisti Arif Quliyev ilə görüşüb.

Etikxeber.az-ın xəbərinə görə, Q. Paşayeva Mədəniyyət Komitəsi adından dəyərli aktyorumuz A. Quliyevi doğum günü və yubileyi münasibətilə təbrik edib.

Eyni zamanda, geniş fikir mübadiləsi aparılıb.

Mədəniyyət komitəsinin sədri dəyərli Xalq artistimizə bundan sonrakı yaradıcılığında da uğurlar diləyib.

Azərbaycan Respublikasının Xalq artisti, dəyərli aktyorumuz A. Quliyevə təbrik məktubunda isə qeyd olunur:

“Azərbaycan Respublikasının Xalq artisti Arif Quliyevə Hörmətli Arif müəllim! Siz Azərbaycan teatr və kino sənətinin inkişafında əvəzsiz xidmətləri olan, komediya janrında bir çox unudulmaz obrazlara adını həkk etmiş dəyərli sənətkarımızsınız. Sizi yubileyiniz münasibətilə Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri adından səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, səadət, firavanlıq və Azərbaycan mədəniyyətinin inkişafı yolundakı fəaliyyətinizdə daha da böyük uğurlar diləyirik”.

Etikxeber.az

Read Previous

Cinsi azlıqlar… İnsan hüquqlarının “carçıları”…Qarabağ məsələsi…-KAMİL HƏMZƏOĞLU YAZDI

Read Next

Prezidentdən Qusar rayonu ilə bağlı növbəti-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir