Qənirə Paşayeva gənc-tələbə rəssama nə arzuladı-BƏHRAM NƏSİBOVUN OĞLUNA NƏ SÖZ VERDİ? – FOTOLAR

Bu gün-saat 14:00-da Milli Məclisdə (MM) bacı qədər xətrini çox istədiyim, doğma bildiyim dəyərli və əziz Qənirə xanım-Qənirə bacımla görüşdük, bir araya gəldik…

Görüşdə rəssam qızım ( 3-cü kurs tələbəsi) Məleykəxanım, həm də böyük bəstəkarımız, hələ də HAQQını almamış-mərhum Bəhram Nəsibovun oğlu Adil bəy iştirak edirdi…

Təxminən bir saat davam edən, çəkən görüşümüz çox maraqlı, çox məzmunlu, unudulmaz oldu…

Yaradıcı insan olan Adil bəy öz işlərindən, gördüklərindən, görmək istədiklərindən, planlarından danışdı, həm də rəhmətlik Bəhram bəyin yaradıcılığından, onun irsinin qorunub-saxlanılmasından, bu yöndə istəklərindən (onun 80 illik yubileyi ilə bağlı gecəsinin keçirilməsi və sair) söz açdı…

Deyilənləri, Adil bəyin fikirlərini məmnunluqla dinləyən Qənirə xanım isə öz fikirlərini bildirdi, tövsiyələrini və məsləhətlərini verdi…

Bəhram Nəsibovun Azərbaycanın böyük sənətçilərindən, bəstəkarlarından biri, mahnılarının dillər əzbəri, o cümlədən, 80 illik yubileynin keçirilməsi yönündə Mədəniyyət komitəsindən və adıçəkilən komitənin sədri olaraq, ondan, özündən asılı olan hər bir addıma hazır olduğunu dilə gətirdi…

Eyni zamanda, millət vəkili gənc rəssam Məleykəxanıma bir daha xoş arzularını-diləklərini bildirdi, növbəti dəfə xeyir-duasını verdi, onu daim biliklər əldə etməyə, yorulmaz, mübariz, nəinki Azərbaycanın, dünyanın ən tanınmış rəssamlarından biri olmağa səslədi…

Sonda Qənirə xanım hər üçümüzə qol saatı hədiyyə etdirdi, hər üçümüzlə foto çəkdirdi…

Qəbuluna, görüşünə, pandemiya dövründə bizə zaman, vaxt ayırmasına, ən əsası səmimi münasibətinə görə bir daha Qənirə xanıma özüm və qızım adından, eləcə də, Adil bəyin adından təşəkkürlərimi, təşəkkürlərimizi bildirir, ona Azərbaycan naminə fədakar fəaliyyətində növbəti uğurlar arzulayıram, arzulayırıq!

Portret, 2011-2012-ci il (mart), müəllifi Məleykəxanım Kamilqızıdır.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Həmidə Xanım Cavanşir – Qarabağın xeyirxah “Dəmir ledi”si-AYDIN TAĞIYEVİN YAZISI

Read Next

UEFA Çempionlar Liqası: “Qarabağ” – “Molde” – 5:6 – YENİLƏNİB – (10)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir