Qənirə Paşayeva ilə Elman Nəsirov da prezidentə minnətdarlıq etdi…

Cənab prezidentimizə təşəkkür edirəm! Cənab Prezidentimizin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmuşam.

Etikxeber.az xəbər verir ki, bunu medala layiq görülən daha bir millət vəkili-Qənirə Paşayeva deyib.

“Bu medalı böyük qürur hissi ilə qəbul edir və Dövlət Başçımıza dərin minnətdarlığımı bildirirəm.Uca yaradan millətimizi, dövlətimizi və cənab Prezidentimizi qorusun!”-deyə, o, əlavə edib.

Digər millət vəkili Elman Nəsirov isə bunları bildirib:

“Mən də cənab Prezidentimiz İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmuşam. Bu, mənə möhtərəm Prezidentimiz tərəfindən göstərilmiş olduqca böyük etimaddır. Elə bu səbəbdən də eyni vaxtda həm şərəf, həm qürur, həm də böyük məsuliyyət hissi keçirirəm. Bundan sonrakı fəaliyyətimdə də bu böyük etimadı doğrultmaq əsas amalım olacaqdır. Minnətdaram Sizə, cənab Prezidentim!”

medal-qanira

medal-elman

Etikxeber.az

Read Previous

İkinci Avropa Oyunlarında medal qazanan idmançılar və məşqçiləri üçün mükafatların məbləği müəyyən edildi – SƏRƏNCAM

Read Next

Azərbaycanla Rusiya arasında Xəzər dənizi məsələlərinə dair ikitərəfli məsləhətləşmələr – MOSKVADA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir