Qənirə Paşayeva Kəlbəcərin işğalından yazdı…

2 Aprel həyatımıza ağır bir gün kimi daxil olub.

Qədim və gözəl Kəlbəcərimizin işğalçı Ermənistan tərəfindən işğal olunduğu gündür.

Nur içində yatsın şəhidlərimiz!

İnşallah, qanları yerdə qalmayacaq və Ali Baş Komandanımızın ətrafında daha da sıx birləşərək torpaqlarımızı işğaldan azad edəcəyik və gözəl Kəlbəcərimizdə də müqəddəs bayrağımız təkrar dalğalanacaq, insanlarımız öz evlərinə geri dönəcək.

Belə deyərdi Sücayət:

kelbecer

Mənim ürəyimdir, mənim canımdır,
Düşmən süngüsündən keçən Kəlbəcər.
İndi onnan-bunnan imdad gözləyir
Aqili nadandan seçən Kəlbəcər…

Tərtər qəmli-qəmli axar, sızıldar,
Dağlar gözlərini sıxar, sızıldar,
Dağılmış evlərə baxar, sızıldar,
Əsir düşüb, zəhər içən Kəlbəcər.

Sücaət, neyləyək, baxt belə baxtdı,
Darıxma, hər şeyi həll edən vaxtdı.
Bir gün gülə-gülə qayıdacaxdı,
Ağlaya-ağlaya köçən Kəlbəcər…

Qənirə PAŞAYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

İşğala əsaslanan status-kvoya görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür – XİN

Read Next

“Erməni soyqırımı”nı tanıya bilərik- İSRAİLDƏN TÜRKİYƏYƏ TƏHDİD

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir