Qənirə Paşayeva Mehriban Əliyevaya minnətdarlığını bildirdi…-FOTO

Balaca Gövhərə illərdir daima dəstək olan hörmətli Mehriban xanıma öz adımdan və Gövhərin adından bir daha təşəkkürlər.

Gövhərlə bağlı məsələləri diqqətdə saxlayan və onun yaşayışı ilə bağlı suallar ünvanlayan dostlara demək istəyirəm ki, bu ailə mərhum Xanım Qafarovanın vəfat etməsindən sonra daima Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanımın diqqətində olub və hər ay onlara dəstək göstərilib.

qanira-govhar

Xanım Qafarovanın müalicəsinə,dəfn mərasiminə də böyük dəstək olmaqla yanaşı hər zaman maddi olaraq da ailəyə dəstək göstəriblər.

Ailənin sadəcə ciddi mənzil problemləri var idi ki, o da sağ olsun Mübariz müəllimin dəstəyi ilə öz həllini tapdı.

Bu gün Gövhəri ziyarət etdik, dərsləri ilə maraqlandıq.

Çəkildiyi filmlərdən aldğı təşəkkürnamələri, dərslərindən aldığı əla qiymətlərini görüb çox sevindik.

Gövhər hər zaman onu diqqətdə saxlayan Mehriban xanım başda olmaqla ona dəstək olanlara təşəkkürünü bildirdi.

Allah Gövhərə və bütün balalara kömək olsun!

Qənirə PAŞAYEVA,

Millət vəkili 

Etikxeber.az

Read Previous

Tanınmış sənətçi düşmənlərinə “meydan” oxudu: “SUSARAQ, DANIŞDIM”

Read Next

Gülü hədəf aldı, Baxçalını öydü…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir