Qənirə Paşayeva Nuri Paşa haqqında yazdı

“Dəyərli qardaşım Akif Aşırlı ilə birlikdə bir neçə ay əvvəl İstanbul Edirne Kapı Şehitliyinde Nuri Paşanın qəbrini axtarmışdıq. Qəbirstanlıq görəvliləri bilmirdilər kimdir axı axtardığımız Nuri Paşa.Yağışlı havada ayaqlarımız tamam palçıq içində təmizlədik Nuri Paşanın kollar içərisində gizlənib qalmış balaca məzar daşını.Üstündə sadəcə, Nuri Killigil yazılmış balaca bir qəbir daşı vardı kollar içində gizlənmiş.İkimiz də üzüntü içərisində idik”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva öz “Facebook” statusunda yazıb.

O, yazıb ki, çünki bu ona layiq bir qəbirüstü deyildi.

“Bayraq qoyduq üzərinə. Uğrunda böyük əziyyətlər çəkdiri Türkiyə və Azərbaycan bayrağı. O zaman Akif bəylə birlikdə Türkiyə və Azərbaycana çağırış edən bir yazı ilə çıxış etdik və Nuri Paşanın qəbirüstü abidəsini ona layiq şəkildə düzəldilməsinə çağırdıq. Səsimizə səs verənlər oldu. Türk Silahlı Qüvvələri reaaksiya verdi yazıya. Zəng etdilər. İstanbul Böyükşehir bələdiyyəsində Ramazan Minder bəyə isə çox təşəkkür edirik. Dəyərli qardaşımız Mayis Alizadə və Nuri Paşa kitabının yazarı Atilla Oralla birlikdə Ramazan bəylə görüşdük. Qısa zamanda yüsək səviyyədə düzələcək qəbirüstü abidə də ətrafı da dedi Ramazan bəy. Sonra qəbirüstü abidənin layihəsinə baxdıq birlikdə, təkliflərimizi soruşdu Ramazan bəy. Biz də bəzi əlavə fikirlərimizi, təkliflərimizi söylədik.

Azərbaycan və Türkiyə bayrağı bərabər dalğalansın diləyimizə sə başqa cür də ola bilməz cavabı verdi Ramazan bəy. Və artıq abidə açılışa hazırdır. Türkiyə və Azərbaycan bayraqları bərabər dalğalanacaq abidədə. Akif bəylə aylar əvvəl qəbir üstünə bayraq qoyanda bu günü arzulamışdıq. Əməyi keçən hər kəsə təşəkkürlər. Ramazan Minder bəyə, Akif Aşırlı bəyə, Mayis bəyə, Nuri Paşa kitabının yazarı Atilla Oral bəyə və bütün əməyi keçənlərə. Nur içində yat Nuri Paşa. Haqqın olan qəbirüstü abidə budur və İnşallah inanırıq ki, bir neçə gün sonra açılış da yüksək səviyyədə olacaq və hamımız birlikdə ruhuna dualar oxuyub, sevgi və sayğl ilə anacağıq səni. Nur içində yat, qəhrəman Nuri Paşa!

Qəbirüstü abidənin yeni fotolarını göndərən dəyərli dost Mayis Əlizadəyə təşəkkürlər”-deyə, Q. Paşayeva daha sonra yazıb.

qan-1

Etikxeber.az

Read Previous

Son məhsula görə subsidiyaların veriləcəyi kənd təsərrüfatı məhsullarının siyahısı hazırlanır-NAZİRLİK

Read Next

“Matuto” musiqi qrupunun konserti olub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir