Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Çox önəmli görüş,səmimi və açıq müzakirələr üçün hörmətli Anar müəllimə çox təşəkkür edirəm. Bu cür vacib və önəmli müzakirələrin çox faydalı olduğunu düşünürəm. İnsanlarımızı düşündürən, maraqlandıran və narahat edən bir çox məsələlər geniş müzakirə olundu. Əslində bu görüş cənab Prezidentin cəmiyyətin, ziyalıların fikir, düşüncə və təkliflərinə nə qədər böyük önəm verdiyinin və idarəçilik sistemində son dövrlər aparılan islahatların nə qədər əhəmiyyətli olduğunun bir göstəricisidir.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, professor Qənirə Paşayeva Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərovun Heydər Əliyev Mərkəzində bir sıra ictimai xadim və ziyalılarla görüşü barədə fikirlərini açıqlayarkən bildirib.
Qeyd edib ki, ölkəmizi açıq və gizli düşmənlərdən daha güclü qorumaq, inkişafımız və təhlükəsizlik üçün dövlətimizin inkişafını düşünən bütün sağlam qüvvələrin birgə səylərinin gücləndirilməsi çox vacibdir.
“Bu müzakirələrin davamlı olacağına və ən əsası çox faydalı olacağına inanaraq cənab Prezidentimizə təşəkkür edirəm”-deyə, o, əlavə edib.
Etikxeber.az