Qənirə Paşayeva: “Rövnəq Avdullayevin Gürcüstanda dövlətimiz adından verdiyi açıqlamaya çox sevindim”

qana

“SOCAR-ın maliyyə dəstəyi ilə Gürcüstanda təhsil alan azərbaycanlı tələbələrin təhsil haqlarının ödənilməsində heç bir problem olmayacaq”. ARDNŞ prezidenti Rövnəq Avdullayevin Gürcüstanda dövlətimiz adından verdiyi bu açıqlamaya çox sevindim. Bir az öncə saytlarda gördüm bu xəbəri. İllər öncə Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi ilə birlikdə bu təşəbbüslə çıxış etmişdik və sağolsun cənab Prezidentimiz və dövlətimiz çox ciddi addımlar atıldı bu istiqamətdə”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.

O, deyib ki, illər ərzində Azərbaycan dövlətinin verdiyi dəstək yüzlərlə gəncimizin ali təhsil almasına çox ciddi yardım etmişdi:

“Gürcüstanda yaşayan soydaşlarımıza bu dəstəyin davam edəcəyinə çox sevindim. Çünki buna çox böyük ehtiyac var orada. Çalışmalıyıq ki, oradakı gənclərimiz arasında ali təhsil, peşə öyrənnmək arxasınca gedənlərin sayı daha da artsın və inanırıq ki, artacaq“.

Etikxeber.az

Read Previous

Nazir: “Bunun tezliklə baş verəcəyinə ümidvarıq…”

Read Next

Arıqlamaq istəyənlərin nəzərinə: Ayaq üstə işlə məşğul olmaq insanı arıqladır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir