Qənirə Paşayevdan Kərküklülərə dəstək

“Bu gün din pərdəsi adı altında müəyyən qüvvələr öz çirkin məqsədlərini həyata keçirilər”.

Etikxeber.az xəbər verir ki, bu fikri millət vəkili Qənirə Paşayeva “Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişiklik nəticəsində Cinayət Məcəlləsində bəzi müddəaların sərtləşdirilməsi məsələsi müzakirə dilən zaman deyib. Onun sözlərinə görə, indiyədək Azərbaycanda dini təriqət və məzhəb baxımndan heç zaman münaqişə yaşanmayıb.

“Sadəcə, bu gün biz dünyada dini pərdə altında öz çirkin məqsədlərini həyata keçirən qüvvələrin şahidi oluruq. Din pərdəsi altında dünayanın bir şox ölkəsi cəhənnəmə çevrilib. Mən elə bu günlərdə kərküklərin nümayəndəsi ilə əlaqə saxladım və oradakı vəziyyətlə maraqlandım. Bildirdi ki, burada din adı altında terror təşkilatları bir cəhənnəm yaradıblar. Burada insanlar əziyyət içərisindədir. O, dedi ki, Azərbaycan hər zaman bizə dəstək olub və ümid edirik ki, Azərbaycan bundan sorna da müxtəlif platformalarda dəstək verəcək, yanımızda olacaq”– deyə, millət vəkili vurğualyıb.

Q.Paşayeva ümidvar olduğunu bildirib ki, Azərbaycan bundan sonra da Kərkukdə yaşayan soydaşlarımıza sahib duracaq və onlarə dəstək verəcək. “Ona görə də dini ekstremizmə qarşı mübarizə sərt formada aparılmalıdır. Düzdür, Azərbaycanın müvafiq qurumları bu istiqamətində fəaliyyət göstərir, ancaq cəmiyyət olaraq mövqeyimiz birmənalı olamalı və bu tendensiyaya qarşı aktiv mübarizə aparmalıyıq”– deyə, o, qeyd edib.

Millət vəkili onu da əlavə edib ki, dini ekstremizimin qarşısını almaq üçün öz dini alimlərimizi yetişdiməliyik: “Bu yolla maarifləndirmə işi aparılmalıdır”.

Etikxeber.az

Read Previous

Bu, din adı altında ayr-ayrı qruplaşmalarda fəaliyyət göstərməyin qarşısını alır – KOMİTƏ SƏDRİ

Read Next

Novruzovdan Hidayət Orucov, Rafiq Əliyev və Elşad İsgəndərova ittiham

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir