Qərargah: Alpinistlərin hərəkət marşrutu və ehtimal olunan digər ərazilər yoxlanılıb

“Gilavar” idman klubunun Quba rayonunda dağlıq ərazidə itkin düşmüş üç üzvü – 1983-cü il təvəllüdlü Namin Bünyatovun, 1990-cı il təvəllüdlü Babur Hüseynovun və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları yanvarın 8-də davam edib.

Alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahından  Etikxeber.az-a bildiriblər ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərində nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlər və yerli sakinlərdən ibarət könüllü dəstələr iştirak ediblər.

Dekabrın 27-dən başlayan axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılıb.

Etikxeber.az

Read Previous

“Nə edəcəyimizə özümüz qərar veririk…” – AKŞƏNƏRDƏN BAXÇALIYA

Read Next

“Rafiq Əliyev, Kamal Abdulla və … AXC Konfransının qonaqları idi…” – EKS-SPİKER DAHA NƏLƏRƏ İŞIQ SALDI? – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir