“Qərbi Azərbaycan”ın perspektivini gələcək proseslər göstərəcək…”-AYDIN MİRZƏZADƏ

“Qərbi Azərbaycan (İrəvan) Respublikası” təşəbbüsü bir qrup ziyalı tərəfindən verilib.Onun gələcək perspektivini gələcək proseslər göstərəcək. Indidən nəsə demək çətindir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə “Qərbi Azərbaycan (İrəvan) Respublikası”nın elan olunmasına və bunun Qarabağ məsələsinin həllinə təsirinə münasibətini bildirərkən deyib.

“O ki qaldı ümumən Dağlıq Qarabağ məsələsinin həllinə, bu problemin həlli üçün Azərbaycan bütün vasitələrdən istifadə edir. Hətta, Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün bütün imkanlarını səfərbər edib. Və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa başqa çıxış yeri yoxdur. Nə dövlətimiz, nə cəmiyyətimiz, nə də hər hansı bir vətəndaşımız heç bir halda torpaqlarımızın düşmənə verilməsinə razı olmayacaq”-deyə, A. Mirzəzadə sözlərinə əlavə edib.

09:06

Etikxeber.az

Read Previous

“Dövlətin malını mənimsəyirsənsə, mütləq bunun cavabını almalısan…”-MİLLƏT VƏKİLİ

Read Next

“O, heç Qaçqınlar Cəmiyyətinin üzvü deyil…”-ƏZİZ ƏLƏKBƏRLİDƏN QAFAR ÇAXMAQLIYA ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir