Qətər ABŞ-dan 36 döyüş təyyarəsi alır

Qətər hökuməti ABŞ ilə 36 ədəd F-15 qırıcı təyyarəsinin alınmasına dair razılığa gəlib.

Etikxeber.az-ın məlumatına görə, bu barədə Reuters agentliyi Qətərin müdafiə nazirliyinə istinadən xəbər verib.

Məlumata görə, 12 milyard dollarlıq sazişə Pentaqon rəhbəri Ceyms Mettis və Qətər nümayəndələri iyunun 14-də imza atıb. 2016-cı ilin noyabrında ABŞ Dövlət Departamenti Qətərə 72 ədəd F-15 qırıcı təyyarələrin satılması barədə qərar qəbul edib. Razılaşmanın məbləği 21,1 milyard dollar təşkil edib.

Qeyd edək ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ rəsmi Dohanı terror qruplaşmalarını dəstəkləməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək, Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan daha bir neçə ölkə Qətərlə diplomatik münasibətləri kəsib.

İyunun 9-da isə ABŞ prezidenti Donald Tramp Qətəri terrorizmi maliyyələşdirməkdə günahlandırıb. “Qətəri terror təşkilatlarını maliyyələşdirməyə dayandırmağa çağırmağın vaxtı çatıb. Onlar ekstremist ideologiyaya  sponsorluğu dayandırmalıdırlar”, deyə D.Tramp bildirib.

Etikxeber.az

Read Previous

“Möhtəşəm yüz il” serialının aktyorları Moskvaya gəlir…

Read Next

Avropa İttifaqı daxilində mobil rouminq ləğv edilib – BU GÜNDƏN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir