Qabilin xatirə gecəsi keçiriləcək

Sentyabrın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq Şairi Qabil İmamverdiyevin anadan olmasının 90 illik yubileyi münasibətilə tədbir keçiriləcək.

Etikxeber.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə təşkil olunacaq xatirə gecəsində şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasına töhfələrindən danışılacaq, şeirləri səsləndiriləcək. Şairin yaxınları, poeziya dostları onun haqqında xatirələrini bölüşəcəklər. Həmçinin şairin həyat və yaradıcılığını əks etdirən sərgi açılacaq.

Tədbir çərçivəsində konsert proqramı da nəzərdə tutulur.

Etikxeber.az

Read Previous

Referendum günü “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq

Read Next

Şəmkirdə top mərmisi aşkarlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir