Qaçqın statusu əsasında yaşayan şəxslərin sayında 16 faiz artım var – RƏSMİ – FOTO

Dövlət Miqrasiya Xidmətinin (DMX) əsas fəaliyyət istiqamətlərindən biri də qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləridir. Ötən il Xidmət tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 19 min 210 qərar qəbul edilib. Bu rəqəm 2017-ci ilin müvafiq dövründə 21 min 678 nəfər olub.

Etikxeber.az xəbər verir ki, bu fikirləri 2018-ci il üzrə Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinə dair əsas statistik rəqəmləri media nümayəndələrinin diqqətinə çatdıran Xidmətin rəisi Vüsal Hüseynov deyib.

V.Hüseynov vurğulayıb ki, bu da ötən dövrlə müqayisədə miqrasiya qanunvericiliyinin tələblərini pozmuş şəxslərin sayında 11 faiz azalma deməkdir.

O, bildirib ki, hesabat dövründə 41 min 30 nəfərə müvəqqəti, 3 min 220 nəfərə daimi yaşama, 6 min 162 nəfərə iş icazəsi verilib:

“Əsas fəaliyyət istiqamətlərindən biri də qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləridir. Hesabat dövründə Xidmət tərəfindən miqrasiya qanunvericiliyinin tələblərini pozulması ilə bağlı 19 min 210 qərar qəbul edilib. Bu da ötən dövrlə müqayisədə miqrasiya qanunvericiliyinin tələbələrini pozmuş şəxslərin sayında 11 faiz azalma deməkdir. Xarici ölkələrdən Azərbaycan Respublikasına 464 vətəndaşın readmissiyası həyata keçirilib”.

V.Hüseynov əlavə edib ki, ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında 16 faiz artım müşahidə olunub.

“Hazırda bu şəxslərin sayı 78 nəfərdir – 47 nəfər ərizəçi 31 nəfər ailə üzvü ilə birlikdə yaşayır”.

Etikxeber.az

Read Previous

“İşğal faktı aradan qaldırılmalıdır” – SAHİBƏ QAFAROVA

Read Next

Prezident 2019-cu ili “Nəsimi İli” elan etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir