Qaçqın statusu verilən əcnəbilər barədə məlumat “Sərhəd nəzarəti” altsisteminə daxil olunacaq

“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nda dəyişiklik edib.

Etikxeber.az-ın məlumatına görə, bu Qaydalar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) altsistemlərinin istismarı, informasiya resurslarının formalaşdırılması, uzlaşdırılması və istifadəsi, onun istismarına proqram-texniki dəstək, təhlükəsizlik və inkişaf tədbirləri üzrə kompleks prosedurları müəyyən edir.

İndiyə qədər əcnəbilərin ölkə ərazisində müvəqqəti və daimi yaşamasına icazə verilməsi, müvəqqəti olma müddətlərinin uzadılması, habelə onların olduğu və ya yaşadığı yer üzrə qeydiyyata alınmaları barədə məlumatlar “on-line” rejimdə “Sərhəd nəzarəti” altsistemində istifadə olunması üçün “Əcnəbilər” informasiya resursuna Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemindən aidiyyəti üzrə təqdim edilib. Dəyişikliyə əsasən bundan sonra əcnəbilərə qaçqın statusunun verilməsi barədə məlumatlar “on-line” rejimdə “Sərhəd nəzarəti” altsistemində istifadə olunması üçün “Əcnəbilər” informasiya resursuna Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemindən aidiyyəti üzrə təqdim ediləcək.

Etikxeber.az

Read Previous

“Real”- “Atletiko”: 3-0, RONALDO HET-TRİK ETDİ- YENİLƏNİB

Read Next

CHP Meral Akşənərə vitse-prezidentlik təklif edir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir