Qadağalar öz effektiv təsirini verə bilmir – DEPUTAT

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi günümüzün reallığında ən vacib qanun layihələrindən biridir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.

“İndiki zamanda internetə azad girişin olduğu, insanların böyük əksəriyyətinin internetdən geniş istifadə etdiyini, xüsusilə sosial şəbəkələrdən geniş istifadə etmək imkanlarını nəzərə alsaq, uşaqlarımızın zərərli informasiyadan qorunma imkanları da çox çətinləşir. Uşaqların zərərli informasiyadan qorunması bir çox inkişaf etmiş ölkələrin düşündüyü məsələdir, çünki bunu qadağalarla həll etmək mümkün olmur, qadağalar öz effektiv təsirini verə bilmir”-deyən, millət vəkili bu yöndə fikirlərini parlamentin son iclasında səsləndirdiyini də bildirib.

“Çıxışmda da dediyim kimi, internet elə bir böyük məkandır ki, burda xüsusi maraqları olan çoxsaylı qruplar fəaliyyət göstərir, xurafatçılıq, mövhumat, fanatizm, missionerliyi və digər zərərli halları təbliğ edirlər. Uşaqlarımızın sərbəst telefondan, kompüterlərdən istifadə edərək internetdən geniş istifadə etmək imkanlarını nəzərə alsaq, ailələrimizin, valideynlərin öz uşaqlarına nəzarət etməkdə çətinlik çəkirlər. Bu məsələnin həllinin kökündə maarifləndirmə dayanmalıdır, bu baxımdan bu qanun layihəsinin vacibliyini qeyd etmək istərdim. Bu qanun layihəsinin yaxşı şəkildə həyata keçməsi üçün çağırış səsləndirmək istərdim. Bu qanunun işləməsində bəzi qurumların, təşkilatların üzərinə xüsusi vəzifələr düşəcək. Təhsil vasitəsilə uşaqların internetdə, sosial mediada, sosial şəbəkələrdə zərərli informasiyadan qorunması məqsədilə xüsusi seminarlar, beynəlxalq konfranslar keçirilir və bu yaxınlarda mən özüm “Gənclər və sosial media, şəbəkələr” mövzusunda konfransda iştirak etmişəm.

GANİRA-MM

Düşünürəm ki, Təhsil Nazirliyi məktəblərdə uşaqlarımız arasında maarifləndirmə işində xüsusi fəal olmalıdır, zərərli informasiyadan qorunma mövzuları ilə bağlı məktəblərdə tədbirlər, müzakirələr, təbliğat olmalıdır. Birinci məktəblərdən başlayaraq, zərərli informasiya nədir, ondan qorunma vasitələri ilə bağlı maarifləndirmə işi aparılmalıdır. İkincisi, kütləvi informasiya vasitələrinə çağırış etmək istərdim. Çünki zərərli informasiyadan qorunma ilə bağlı maarifləndirmə uşaqlarla yanaşı, internet resurslarından uşaqların zərərli informasiyalara məruz qala bilməsi ilə bağlı geniş məlumatı olmayan valideynlər arasında da aparılmalıdır. Ona görə bir daha bu çox mühüm qanun layihəsini dəstəkləyir və qanun layihəsinin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Artıq ikinci oxunuşu keçirilən qanun layihəsi yaxın zamanlarda qüvvəyə minəcək və bütün qurumlar, hamımız bu qanunun güclü şəkildə həyata keçməsinə çalışmalıyıq, çünki bu qanunun həyata keçməsində cəmiyyətin birbaşa könüllü dəstəyi lazımdır. Dünya təcrübəsi göstərir ki, yalnız qadağalar, məhdudiyyətlər öz effektiv təsirini ciddi vermir, daha da çox təhsil, savadlandırma, maarifləndirmənin aparılması ilə uşaqları zərərli informasiyadan qorumaq mümkündür”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Bakı şəhərinin inkişaf konsepsiyası yaxın aylarda yekunlaşacaq – RƏSMİ

Read Next

XİN-dən Rusiya XİN-ə etiraz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir