“Qadağalar, sərtləşdirmələr rellıqlardan, yaşananlardan doğur və…”-KAMİLƏ ƏLİYEVA

Çox təəssüflər olsun ki, son günlərdə koronavirus infeksiyasına yoluxma ilə bağlı ölkəmizdə artım halları müşahidə olunmaqdadır. Artıq dünənki məlumata görə, yoluxanların sayı 325-ə çatıb, eyni zamanda, daha 5 nəfər dünyasını dəyişib. Bu, çox üzücüdür, narahatedicidir. Düzdür, infeksiyaya yoluxanlar arasında dövlətimizin diqqəti, qayğısı, səhiyyə işçilərimizin, həkimlərimizin peşəkarlığı sayəsində sağaldılaraq, sağlaraq yenidən normal həyatlarına, ailələrinə qovuşan xeyli sayda vətəndaşlarımız, insanlarımız var. Yəni, dövlətimiz, dövlət başçımız, hökumətimiz, müvafiq qurumlarımız öz üzərlərinə düşən vəzifələri uğurlu və laqyincə yerinə yetirir. Əgər dövlətimizin, xüsusilə, dövlət başçısı cənab İlham Əliyevin birbaşa qətiyyəti, iradəsi sayəsində vaxtında bu məsələyə ciddi şəkildə yanaşılmasaydı, önləyici və dünyaya nümunə olacaq addımlar atılmasaydı, bugünkü mənzərə daha da ağır və məyusedici olardı. Məhz dövlətimizin, ölkə Prezidentimizin, o cümlədən, Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın insanpərvərliyi, gərgin zəhməti, fəaliyyəti nəticəsində ölkəmiz, xalqımız bu ağır, qorxulu, təhlükəli bəlanın daha ağır fəsadlarından sığortalana bildi.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, BDU-nun kafedra müdiri, professor Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, ancaq təəssüflər olsun ki, atılan addımlara, görülən bu qədər işlərə baxmayaraq, hələ də bu bəladan tam xilas ola və qurtula bilməmişik.

“Açıq şəkildə demək istəyirəm ki, bu məsələdə, yəni, son zamanlar yoluxma hallarının artmasında, onun narahatedici məqama çatmasında bəzi və bir çox vətəndaşlarımızın da “rolu”, “payı” var. Çünki hələ də bu məsələyə, bu infeksiyaya barmaqarası yaşananlar, onu ciddiyə almayanlar, “bu, kimlərinsə oyunudur, belə bir virus yoxdur” və sair deyənlərimiz var. Bu, çox ziyanlı və təhlükəli tendensiyadır. Bu yanaşmadan, bu tendensiyadan artıq uzaqlaşmaq, əl çəkmək lazımdır. Məsuliyyətsizlik, biganəlik, laqeydlik olmaz. Çünki məsuliyyətsizlik həm həmin insanın özünün, həm də digərlərinin həyatını böyük təhlükə, risq altına atır. Ona görə vətəndaşlarımız məsuliyyətsizlik, biganəlik, laqeydlik götərməməlidir, dövlət başçsının, Birinci vitse-prezidentin müraciətlərinə, çağırışlarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın, TƏBİB-in tövsiyələrinə, qaydalarına, tələblərinə birmənalı və bir nəfər kimi əməl etməlidirlər.

Bildiyiniz kimi, parlamentin sonuncu iclasında İnzibati Xətalar Məcəlləsinə düzəlişlər edildi və elə həmin gün də dövlət başçımız tərəfindən imzalanaraq, hüquqi qüvvəsinə mindi. Bu dəyişikliklər də tibbi maskalardan istifadə etməyənlərlə bağlı cərimələri nəzərdə tutur. Bəli, biz istəməzdik ki, kimlərsə bu çətin vaxtlarda əlavə ziyana düşsünlər, cərimələnsinlər. Bunu kimsə istəmir, ancaq bunun olmaması üçün vətəndaşlarımızın tibbi maskalardan istifadə, sosial məsafəyə əməl etməsi lazımdır. Cəmi 30 qəpik xərcləyib, 50 manat cərimdən uzaq olsunlar, həm də özlərinin və digərlərinin sağlamlıqlarının qeydinə qalsınlar.

Bu baxımdan, həm məlum dəyişikliyi dəstəkləyir, həm də Operativ Qərargahın, TƏBİB rəhbərliyinin dünənki açıqlamalarını, narahatlıqlarını bölüşürəm. Hesab edirəm ki, həftə sonları qadağaların, məhdudiyyətlərin sərtləşdirilməsinin nəzərdə tutulması reallıqlardan, zərurətdən doğan bir məsələdir. Bu, məcburiyyətdir. Düzdür, son qərar bu gün veriləcək, Baş nazir tərəfindən yeni qaydalar bu gün açıqlanacaq, ancaq bütün hallarda bu məhdudlaşdırıcı, sərtləşdirici addımlara gedilməsi lazımdır və vacibdir. Bunlar olmasa, biz daha böyük fəsadlarla və itkilərlə, ziyanlarla üzləşə bilərik. Bunun baş verməməsi üçün də deyilənlərə əməl edilməli, məsuliyyətlilik nümayiş etdirilməli, məhdudlaşdırcı addımlar anlayışla qarşılanmalıdır…”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“RUS OLMANIN FƏZİLƏTİ”-Fazil Mustafa yazdı

Read Next

“Bu virusun yayılmasının qarşısının alınmasının ən effektli yolu məhz sərt karantin tədbirləridir”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir