Qadın Siyasi Liderlərin Sammitində Azərbaycanı Sahibə Qafarova təmsil edəcək

Deputat Sahibə Qafarova Qadın Siyasi Liderlərin 2019-cu il Sammitində iştirak etmək üçün iyunun 23-də Yaponiyanın paytaxtı Tokio şəhərinə səfər edəcək. 

Etikxeber.az xəbər verir ki,  tədbir Yaponiya Nümayəndələr Palatası və Qadın Siyasi Liderləri Təşkilatı tərəfindən həyata keçirilir.

Toplantıda qadınların ictimai-siyasi həyatda rolu, onların dünyada baş verən proseslərə təsir imkanları, sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmasında fəallığının artırılması, qadın siyasi xadimlərinin əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Səfər iyunun 29-da başa çatacaq.

Etikxeber.az

Read Previous

İkinci Avropa Oyunlarının açılış mərasimi – MİNSKDƏ

Read Next

“Məlik Dadaşovla Azərbaycan aktyorluq sənətində rəqabət aparacaq insan azdır” – TANINMIŞ KİNOŞÜNAS BELƏ DEDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir