“Qadın təkcə gözəllik və ilham mənbəyi deyil…” – MUSA URUD

8 Martdan çox-çox əvvəl…

Dünyanın ən gözəl sözləri ana haqqında deyilən sözlərdir…

Dünyanın ən gözəl şeirləri qadınlara yazılan şeirlərdir.

Yer üzündəki bütün gözəlliklər onlara məxsusdur və onların naminə yaradılmışdır.

Amma qadın təkcə gözəllik və ilham mənbəyi deyil, həm də ədalət, birlik, bərabərlik, tərəqqi simvoludur.

Dünyada qadına məhəbbətin və hörmətin ən böyük örnəyi oğuz türklərinə məxsusdur. Bizim ulu nənələrimiz ulu babalarımızla birlikdə at minmiş, qılınc çalmış, ev qurmuş, uşaq böyütmüş, yurd salmış, Vətən yaratmışlar.

1857-ci il martın 8 də Nyu-Yorkdakı tekstilçi qadınların əmək hüquqları mitinqindən, 1910-cu il martın 8-də sosial-demokrat Klara Setkinin əmək və sosial bərabərlik hərakatı başlatmasından çox- çox əvvəl Azərbaycan türkünün qadına layiq olduğu hörmət və ehtiramı göstərmək ənənəsi formalaşmışdı.

Heç də təsadüfi deyildir ki, şərqdə ilk demokratik respublika quran Azərbaycan xalqı kişilərlə bərabər qadınlara da seçib- seçilmək hüququ verən ilk mütərəqqi dövlətlərdən biri kimi bəşər tarixinə öz şərəfli adını yazdırmışdır.

Biz bu şanlı tariximizlə haqlı olaraq fəxr edirik və gözəl ənənələrimizi yaşatmaqdan qürur duymaqda haqlıylq. Müasir Azərbaycan dövlətinin banisi və qurucusu Ümummilli lider Heydər Əliyev qadının ailədə və cəmiyyətdə roluna böyük önəm verirdi.

Məhz Ulu Öndərin fərman və sərəncamları ilə ölkəmizdə qadın və ailə hüquqlarının qorunması, inkişafı sahəsində müvafiq təsisatlar yaranmış, qanunlar, dövlət proqramları qəbul edilmişdir. Hazırda gender münasibətlərinin, yaradılmış hüquq və imkan bərabərliyinin səviyyəsinə görə Azərbaycan dünyada öncül yerlərdən birini tutur.

Cənab Prezident İlham Əliyevin daxili siyasət kursunda qadın və ailə siyasəti strateji istiqamət daşıyır.Bu gün ölkəmizdə qadlnlar təhsil, elm, səhiyyə, dövlət idarəçiliyi sahəsində mühüm vəzifələr tutur, qanunverici və məhkəmə hakimiyyətində uğurla təmsil olunurlar. Qadının ailədə və cəmiyyətdə yerinin və nüfuzunun yüksəlməsində heç şübhəsiz ki, Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevanın tarixi xidmətləri var.

Bu gün Mehriban xanım Azərbaycanı dünyada ləyaqətlə tımsil edən uğur simvolu kimi qəbul olunur. O bir sülh, tolerantllq, tərəqqi, xoş məram elçisi kimi öz doğma xalqlna yorulmadan xidmət edir və bu xidmətdən şərəf duyur.

Mehriban xanımın xalqa xidmət nümunəsi gənc qız və qadınlarımız üçün gözəl bir nümunə və tarixi örnəkdir.

Azərbaycan qadınları hər cür sevgiyə, hormətə, ehtirama layiqdir!

Biz qadınlarımızı təkcə təqvim bayramı olan 8 martda sevmirik, ömrü boyu sevirik.

Sadəcə, bu gün sevgimizi, hörmət və ehtiramımızı ifadə etməyə daha çox şanslıyıq!

Musa Urud,

Millət vəkili, şair

Etikxeber.az

Read Previous

“Autizm sindromlu uşaqların sevgi ilə hazırlanmış videoçarx mənə xoş, isti, işıqlı duyğular yaşatdı” – MEHRİBAN ƏLİYEVA

Read Next

“Bu cür cəhdlər Ermənistan xalqı və dövləti üçün yalnız mənfi nəticələr doğura bilər” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir