Qadına və həyat yoldaşına “dovşan” deyən polis-İŞDƏN ÇIXARILDI, POLİSDƏN XARİC EDİLDİ – RƏSMİ – YENİLƏNİB

Yasamal rayonunda vətəndaşı təhqir edən polis işdən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Etikxeber.az-a bildirilib ki, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılmış və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilmişdir ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib.

Həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib.

Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib.

Xatırladaq ki, iyunun 7-də Çevik Polis Alayı Yasamal rayonunda sərt karantin qaydalarını pozan vətəndaşların yaşadığı binada əməliyyat keçirib.

Bu zaman polis əməkdaşlarından biri qayda pozan vətəndaşın xanımına “ərin də dovşandır, sən də dovşansan!” deyərək, onu aşağılayıb.

Hadisə sosial şəbəkələrdə böyük narazılığa səbəb olub, polisin imicinə xələl gətirib. 

09:58

***

“Bakının Yasamal rayonunda vətəndaşı təhqir edən polis orqandan xaric edilib”.

Bunu isə DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya çıqlamasında bildirilib.

Qeyd edib ki, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib:

“Qadına və onun həyat yoldaşının ünvanına qarşı yersiz ifadə işlədən polis əməkdaşı Daxili İşlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib”. 

Etikxeber.az

Read Previous

“O torpaqlar bizimdir və…”-VAQİF ABDULLAYEV

Read Next

“Dövlətimiz də, polisimiz də bizim sağlamlığımızı, özümüzü bu bəladan qorumağımızı istəyir, düşünür… Bundan yaxşı nə ola bilər ki?!”-TAHİR RZAYEV İCRA BAŞÇISINI VƏ ONUN OĞLUNU MÜDAFİƏ ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir