Qadınlar arasında Avropa çempionatının təqvimi açıqlandı

Sentyabrın 22-dən oktyabrın 1-dək Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi edəcəyi qadın voleybolçular arasında Avropa çempionatının təqvimi açıqlanıb.

Etikxeber.az Avropa Voleybol Konfederasiyasına (CEV) istinadla xəbər verir ki, çempionata sentyabrın 22-də Bakıda Rusiya-Ukrayna oyunu ilə start veriləcək. Həmin gün paytaxtımızda Azərbaycan millisi Macarıstan yığmasını qəbul edəcək. “A” qrupunda yer alan millimiz növbəti oyununu sentyabrın 24-də Polşa, bir gün sonra isə Almaniya voleybolçularına qarşı keçirəcək.

Çempionatın qrup mərhələsinin oyunları dörd gün ərzində baş tutacaq. Sentyabrın 26-27-də play-off mərhələsinin, 28-29-da dörddəbir, bir gün sonra isə yarımfinal mərhələsinin görüşləri təşkil olunacaq. Oktyabrın 1-də final qarşılaşması Bakıda Milli Gimnastika Arenasında oynanılacaq.

Etikxeber.az

Read Previous

GENERAL: 804 şəxs saxlanılaraq barələrində qanunauyğun tədbirlər görülüb

Read Next

“Polislər vətəndaşlarla ünsiyyətdə etik normalara, qanunçuluğa riayət etməlidir” – USUBOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir