“Qafqaz əsiri kimdir, hansı dövlətdir?…” – ZAHİD ORUC

“Yəqin ki, hər biriniz Sovetlər dövründən bu yana məşhur “Qafqaz əsiri” filminə baxmısınız. Məni də daim bu sual düşündürüb-Qafqaz əsiri kimdir, hansı dövlətdir: Rusiyadırmı, Ermənistandırmı, Qarabağdırmı?”

Etikxeber.az xəbər verir ki, bunu İTV-də prezidentliyə namizədlərin aprelin 3-dəki növbəti teledebatında millət vəkili, prezidentliyə namizəd Zahid Oruc deyib.

zahiddd

Z. Oruc sonra qeyd edib ki, 1999-cu ildə Ermənistanın siyasi rəhbərliyi Qarabağ məsələsində-danışıqlarında güzəştlərə hazır idi.

“Amma sonra nə baş verdi: Ermənistan parlamenti-başda parlamentin sədri olmaqla güllələndi, gülləbaran olundu. Bu, onu göstərdi ki, birinci Qarabağ savaşında “qalib” olan Ermənistan bizdən daha səlahiyyətsiz, bizdən daha gücsüz imiş…”-deyə, o, sözlərinə əlavə edib.

Millət vəkili  eyni zamanda deyib ki, Azərbaycan torpaqlarının 20 faizini itirsə də, ancaq  bu gün daha müstəqil və daha güclü dövlətdir, əhalisinin sayı Ermənistandan və ermənilərdən fərqli olaraq, artmaqdadır.

K. HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

 

Read Previous

Baxçalı Makronu YPG-nin Paris təmsilçisi adlandırdı

Read Next

“O, nə isə danışırdı, amma mən eşitmirdim, qəhər məni boğmuşdu…” – AYDIN MİRZƏZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir