Qafqaz Müsəlmanları İdarəsindən Novruz süfrələrini iftar saatlarına uyğunlaşdırmaq-TÖVSİYƏSİ

Bu il Ramazan təqvimi Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan Novruz ilə üst-üstə düşür.

Etikxeber.az məlumat verir ki, bu, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Ramazan ayının başlaması münasibətilə fətvasında deyilir.

“Novruzda savaşlar dayanmış, küsülülər barışmış, insanlar sevinclərini və sabaha ümidlərini bir-biri ilə bölüşmüşlər. Biz Ramazanın ilahi önəmini nəzərə alaraq tövsiyə edirik ki, çərşənbə axşamlarında açılan Novruz süfrələri iftar saatlarına uyğunlaşdırılsın və bununla da xalqımız həm Ramazanın, həm də Novruzun sevinc və bərəkətlərinə qovuşsun”, – fətvada bildirilib.

Qeyd edilib ki, Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcək.

Etikxeber.az

Read Previous

Bu yollarda sıxlıq və tıxac müşahidə olunur-BAKIDA

Read Next

Aydın Tağıyev AKİAB tərəfindən “Fəxri üzv”-SEÇİLDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir