“Qalatasaray” bombardirlə yollarını ayırdı…

İstanbulun “Qalatasaray” futbol klubu hücumçusu Bafetimbi Qomis ilə yollarını ayırıb.

Etikxeber.az  xəbər verir ki, fransalı oyunçu Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna transfer olunub.

Bu barədə hər iki klubun saytında məlumat verilib.

bomardir

Futbolçu yeni klubu ilə üçillik müqaviləyə imza atıb. Səudiyyə Ərəbistanı təmsilçisi bu transferə görə İstanbul klubuna 6 milyon avro ödəyəcək. Futbolçu özü isə ildə 8 milyon avro maaş alacaq.

Qeyd edək ki, B.Qomis “Qalatasaray”a ötən mövsüm İngiltərənin “Suonsi” klubundan transfer edilib. Fransa millisinin sabiq üzvü ötən mövsüm 29 qol vuraraq Superliqanın bombardiri olub.

Etikxeber.az 

Read Previous

Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya təsdiqləndi

Read Next

Özünü Məsçidülhəramın damından ataraq intihar etdi və…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir