“Qalatasaray” daha iki futbolçunun transferini reallaşdırdı

İstanbulun “Qalatasaray” futbol klubu daha iki futbolçunu transfer edib.

Etikxeber.az klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçi Cimmi Durmazı və müdafiəçi Şener Özbayraklını transfer edib.

“Fənərbağça” ilə müqaviləsinin müddəti başa çatan Şener Özbayraklı azad agent kimi “Qalatasaray”a transfer olunub. Klub rəhbərliyi onunla iki illik müqavilə imzalayıb.

qalataaaaaa-11

Sonuncu dəfə Fransanın “Tuluza” klubunda forma geyinən türk əsilli isveçli Cimmi Durmaz ilə üç illik müqavilə imzalanıb. İsveç milli komandasında forma geyinən hücumçu “Qalatasaray”da ildə orta hesabla 7 milyon avro qazanacaq.

Xatırladaq ki, “Qalatasaray” bir neçə gün əvvəl Rayan Babeli, Adem Büyüyü və Valentin Ozornvaforu transfer edib.

Etikxeber.az

Read Previous

Prezident deputatları təltif etdi – SƏRƏNCAM – YENİLƏNİB

Read Next

“Etimadı doğruldan, fəal deputatların namizədlikləri yenidən veriləcək” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir