“Qalatasaray” növbəti transferini reallaşdırdı

İstanbulun “Qalatasaray” futbol klubu müdafiəçi Emre Taşdemiri transfer edib.

Etikxeber.az klubun saytına istinadla xəbər verir ki, 23 yaşlı futbolçu “Qalatasaray” ilə 2020-ci ilin yayınadək qüvvədə olan müqavilə bağlayıb.

Emre Taşdemir “Bursaspor” klubundan transfer edilib. Futbolçu cari mövsümdə keçirdiyi oyunlarda 2 qol vurub və 9 məhsuldar ötürmə verib.

Müdafiəçi 2015-ci ildə Fateh Terimin rəhbərliyi ilə Türkiyə millisinin heyətində dörd oyunda iştirak edib.

Etikxeber.az

Read Previous

Təhlükəsiz gələcəyin qurulması üçün işlər görülməlidir – ATƏT-İN YENİ SƏDRİ

Read Next

“İşğal faktı aradan qaldırılmalıdır” – SAHİBƏ QAFAROVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir