“Qalatasaray”ın sabiq futbolçusu “PSJ”-yə-KEÇƏ BİLƏR…

Fransanın “Paris Sen-Jermen” klubu Portuqaliyanın “Porto” komandasının braziliyalı müdafiəçisi Aleks Tellesi transfer etmək istəyir.

Etikxeber.az xəbər verir ki, 27 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlar yaxın günlərdə başa çatmalıdır.

Tərəflər razılığa gələndən sonra transfer məbləğinin bir hissəsi futbolçunun ilk klublarından sayılan Braziliyanın “Qremio” və “Juventude” klublarına köçürüləcək.

Qeyd edək ki, Aleks Telles 2016-cı ildə “Porto”ya Türkiyənin “Qalatasaray” klubundan keçib.

O, İstanbul təmsilçisinin heyətində bir dəfə Türkiyə çempionu, bir dəfə Türkiyə Super Kubokunun və iki dəfə ölkə kubokunun qalibi olub.

Etikxeber.az

Read Previous

Məmmədyarovla Mnatsakanyanın videokonfrans formatında görüşü olacaq-SABAH -XİN MƏLUMAT YAYDI

Read Next

“Onların gecikmiş reaksiyaları ermənipərəst imiclərini ört-basdır edə bilmir”-MİLLƏT VƏKİLİNDƏN AVROPA ŞURASINA NÖVBƏTİ ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir