“Qalib xalqın qalibə layiq məqsədləri!”-ÜLKƏR MİRBAĞIRLININ BAXIŞI

Vətən Müharibəsində əldə olunan Qələbə demək olar ki, bütün hallarda  xalqı öz kimliyini dərindən dərk etməyə və xalq kimi tam formalaşmağa kömək edir.

Bir çox kütləni xalq edən məhz Vətənini qorumaq uğrunda apardığı müharibədə qalib olmaq əzmidir.

Küllərindən doğan simurq quşu kimi daha güclü və daha həmrəy olur.

Xalqın bir çox aspektlərdə fikri, düşüncəsi bir olur.

Birlik formalaşır, birlik olan yerdə hər atdığın atdımı düşünüb bunun səndən başqa kimə xeyir verəcəyini və ya sənə xeyir verib başqasına ziyan edib-etməyəcəyini düşünməyə vadar edir.

Xalqın hər bir fərdi böyük bir zəncirin halqası olub o məsuliyyəti dərk edir.

Fərd eqosu ikinci plana keçir.

Fikir versəniz adətən Vətən Müharibəsinin qalib ölkələrində müharibə iqtisadi, sosial, səhiyyə, təhsil və mədəniyyətin inkişafı üçün katalizator rolunu oynayır.

Xaosdan çıxan bu ölkələr daha güclü, daha mətinli olur.

Birinci Qarabağ Müharibəsi bizə böyük dərs oldu.

Xalq xalq olaraq tam formalaşmamış, pərakəndə ordu, ordunun arxasında durmayan siyasi qüvvələr, hakimiyyəti torpaqdan üstün tutan  rəhbərlər gördük.

Gördük və sarsıldıq.

Bir tərəfdən 20% torpaqlarını itirib və 1 milyona  yaxın qaçqın və məcburi köçkünün dəhşətli faciəsi,  bir tərəfdən də hakimiyyəti və pulu xalqından və vətənindən çox sevən siyasi aləmi görüb mənəvi sarsıntı keçirtdik.

Belə bir sarsıntı, bu zərbə, beyinə və  zehnə həkk olunduqda insan hər şeydən küsür. Güvən yerini itirir.

İnsnanın eqosu, insanın şəxsi maraqları ümumxalq maraqlardan üstün olur və qarın qardaşdan irəlidir prinsipi ortaya çıxır.

Buna misal olaraq təhsil, tibb və digər sahələrdə baş qaldıram korrupsiya hallarını misal gətirmək olar.

 Bu gün biz İkinci Vətən Müharibəsinin Qalibiyik və məhz buna görə vəziyyət 180 dərəcə dəyişir.

Niyə?

Çünki qalib xalqın Qalibə layiq fikirləri, dəyərləri və məqsədləri formalaşır.

Uğurun, qalibiyyətin və gücün dadını bilən xalq hər sahədə inkişaf etməyə meyilli olur.
 

Qarşısında olan düşməndən hər zaman, hər yerdə üstün olmağı arzulayır.


 Bu, xalqın hər bir fərdinə də biruzə verilir.

Bunlara misal olaraq Yaxın Şərqin lider ölkələrindən olan İsraili gətirmək olar.

İsrailin dönüş nöqtəsi 1967-ci ildə baş tutan 6 günlük müharibəsi oldu.

6 günə bölgədəki rəqib ölkələrin ordusunu darmadağın edən İsrail 1000 əsgərini itirib, düşmənin 20000 əsgərini məhv etdi, siyasi müstəvidə hegemon dövlətlərin təkidinə baxmayaraq, xalqına və dövlətinə ən uyğun şərtləri müdafiə edib, siyasi müstəvidə də qalib oldu.

Siyasət və hərbin tandeminin gözəl nümünəsidi.

 2020-ci ildə isə bunu Azərbaycan etdi.

 Amma Azərbaycan bunu 44 gündə etmədi.

Azərbaycan buna 27 il atdım-atdım qurduğu düzgün siyasət və iqtisadi gücünü möhkəmləndirməklə gəldi.

Azərbaycan həm beynəlxalq müstəvidə, həm iqtisadi müstəvidə, həm də döyüş meydanında özünü tam təsdiq edib, qalib oldu.

Azərbaycan xalqının Lideri İlham Əliyev Azərbaycan xalqının iradəsini yerinə yetirərək, ölkəni qalibiyyətə aparan Sərkərdə oldu. Və məğlub edilmiş xalq Qalib oldu!

İsrail 6 günlük müharibədən sonra rahatlaşadımı? Xeyr!

Ölkə iqtisadiyyatının hər bir sahəsini inkişaf etdirdi, iqtisadi, hərbi potensialı regionun digər dövlətlərindən qat-qat üstün oldu.

Regionun digər ölkələri kimi təbii sərvətləri varmı? Xeyr!

Amma düzgün strateji atdımlar onu regionun liderinə çevirdi.

Sosial inkişaf və təhsili və səhiyyəsi yüksədirmi? Bəli!

Dünyada ilk sıralardadır. 

Hərbi sahəsində necə? Burada da İsrail lider ölkələr sırasındadır: Hərb sahəsində dünyada ən güclü ordulardan biri və ən güclü kəşfiyyat sisteminə malikdir.

 Ən güclü və innovativ silahları ixtira edib özünü müdafiə edir həm də onların xeyli hissəsini ixrac edib ölkənin maliyyə imkanlarını dahada gücləndirir. Hər zaman müharibəyə hazır və hər zaman startdadı.

 Azərbaycana qayıtdıqda, illər öncə hazırlanan və məqsədli şəkildə addım-addım qələbəyə çatmışıq. Və qələbəli həyatln ilk günlərini yaşayırıq. Biz  ikinci Qarabağ müharibəsində qalibik. 

Qarşımızda olan düşmən heç bir zaman  dinc durmayacaq.

 Və biz yenədə İsrail misalına arxalanaraq ölkənin bütün sahələrini inkişaf etdirib hər zaman müharibəyə hazır olmalıyıq. Bunu tək dövlətmi eləməlidir? Xeyr, bunu hər bir fərd etməlidir.

Hər bir vətəndaş öz işinə, peşəsinə, təhsilinə tam məsulliyətlə yanaşmalıdır.

Buna illər tələb olsa da,  yetişən yeni nəsil tam başqa olacaq. Qalib nəsil hər zaman qalib olmaq istəyir və bu adı qorumaq üçün özünü səfərbər edir.

Qalibin inkişafı daha tez olur.

Qalibin qalibiyyəti itirmək ehtimalı onu hər zaman tonusda saxlayıb daha da güclü olmağa aparır. 

Unutmayaq ki, tarixi qaliblər yazır.

Hər zaman hər bir atdımda qalib olmaq arzusu ilə…

18:40, 23 noyabr

Ülkər MİRBAĞIRLI

Etikxeber.az 

Read Previous

“Yolumuz davam edir…”-FƏZAİL AĞAMALIDAN MÜRACİƏT

Read Next

Həm yoluxmada, həm ölüm sayında növbəti antirekord-3646 VƏ 34…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir