Qan testi vasitəsilə bədxassəli şişləri erkən tapmaq mümkün olacaq?!

Yumurtalıq xərçəngi dünyada qadınlar arasında yayılmış xərçəng növləri içərisində yeddinci yerdədir. Hər il 240 min zərif cins nümayəndəsində bu xəstəlik aşkarlanır. Xəstəliyə yoluxmuş qadınlarda yumurtalıqlar və uşaqlıq boruları çıxarılmasından başqa hal-hazırda ayrı bir seçim yoxdur. Lakin həkimlər yeni bir vasitə ilə yumurtalıqda bədxassəli şişin erkən tapılmasının mümkünlüyünü irəli sürüblər.

Etikxeber.az sciencedaily.com saytına istinadla xəbər verir ki, dörd aydan bir edilən qan testi yumurtalıq xərçənginə tutulma riski yüksək olan qadınlarda bədxassəli şişlərin erkən tapılmasına kömək edə bilər. 4348 qadın üzərində aparılan və “Clinical Oncology” jurnalında dərc olunan araşdırma nəticəsində erkən təsbit edilən xərçəng xəstəliyinin daha asan tədavi edildiyi məlum olub.

Etikxeber.az

Read Previous

Mamalıq və Ginekologiya İnstitutunun binasının əsaslı təmirdən sonra açılışı oldu – FOTOLAR

Read Next

Aydın Mirzəzadənin “Heydər Əliyev siyasi irsinin politoloji aspektləri” adlı kitabı işıq üzü gördü – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir