Qanalı “Zirə”ni qane etdi – FOTO

Bakının “Zirə” futbol klubunda transfer çalışmaları davam edir.

Klubdan Etikxeber.az-a bildiriblər ki, komanda daha bir futbolçu ilə müqavilə imzalayıb. Qanalı hücumçu Riçard Qadze “qartallar”ın sıralarına qoşulub. İyirmi iki yaşlı hücumçu ilə ilyarımlıq müqavilə imzalanıb.

2012-ci ildə vətənində “Ebusua” klubunda peşəkar karyerasına başlayan Riçard Qadze 3 il sonra Hindistan təmsilçisi “Delhi Dinamos”a keçib. Riçard, həmçinin icarə əsasında Finlandiyanın HİK klubunda da forma geyib.

Etikxeber.az

Read Previous

Zahid Orucdan mini-yubiley yazısı:”HƏYATIN MƏNA ÖLÇÜSÜ”

Read Next

Ermənilər Azərbaycan hərbçisini yaralayıb…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir