Qani Əliyevə niyə zəng etdi?

Aprelin 13-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

qani-aliyev

Etikxeber.az xəbər verir ki, Məhəmməd Əşrəf Qani İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Məhəmməd Əşrəf Qaniyə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Etikxeber.az

Read Previous

Akademik yazır – ONUN 30 SİFƏTİ VAR…

Read Next

MSK-dan ATƏT DTİHB, ATƏT PA və AŞPA-ya ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir