Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində hərbi posta bomba yüklü avtomobilə hücum nəticəsində 6 əsgər şəhid olub.
Etikxeber.az-ın məlumatına görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Terror aktını PKK terror təşkilatı törədib.
Partlayış nəticəsində aralarında mülki şəxslərin də olduğu 7 nəfər yaralanıb.
***
Anadolu informasiya agentliyinin Türkiyə Silahlı Qüvvələrinə istinadla yaydığı son məlumata görə, avtomobilə yüklənmiş partlayıcının işə salınması nəticəsində 10 əsgər və 8 mülki şəxs həlak olub, 26 nəfər yaralanıb.
Bu bölgədəki Çukurca rayonunda törədilmiş digər terror hücumunda daha bir əsgər həlak olub.
Bildirilir ki, Çukurcada keçirilən aniterror əməliyyatlarında 8 terrorçu zərərsizləşdirilib. Bundan başqa, ərazidəki mağaralardan birində 4 terrorçunun cəsədi aşkarlanıb.
Bölgədə havadan dəstəklənən geniş miqyaslı əməliyyatlar davam edir.
Etikxeber.az