Qanlı terrakt Ərdoğanı Qazaxıstan səfərini təxirə salmağa məcbur etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Qazaxıstana planlaşdırılan səfərini təxirə salıb.

Etikxeber.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti dünən İstanbulda baş verən partlayışla əlaqədar Qazaxıstana səfərini təxirə salıb.

Qeyd edək ki, dekabrın 10-da Bakı vaxtı ilə saat 23.29 radələrində İstanbulun mərkəzindəki “Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 27-si polis əməkdaşı olmaqla, 29 nəfər ölüb, yaralananların sayı isə 166 nəfərə çatıb.

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini 33 dəfə pozub

Read Next

XİN də İstanbul terraktını lənətlədi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir